Sergey Lavrov: Dağlıq Qarabağ münaqişəsini tərəflər özləri həll etməlidirlər

Akif Nağı: ''Rusiyadan çəkinməyə ehtiyac yoxdur''

Rusiya xarici işlər naziri Sergey Lavrov hesab edir ki, Dağlıq Qarabağ münaqişəsini tərəflər yalnız özləri həll edə bilər.

O, bildirib ki, Rusiya tərəfinin bu məsələnin həlli ilə bağlı konkret planları ola bilməz:

“Rusiya, ABŞ və Fransa ilə birlikdə belə bir həllin əldə olunması üçün şəraitin yaradılması istiqamətində əlindən gələni edir. Biz son illərdə intensiv səylər göstərmişik ki, tərəflərin bütün mövqelərini ümumiləşdirək, üst-üstə düşən yanaşmaları ortaya çıxaraq və onları ortaq məxrəcə gətirək. Həmçinin onlara ortaq fikrə gələ bilmədikləri məsələlərdə kompromis variantlarını deyək. Bu iş ötən il ərzində də intensiv və mütəmadi şəkildə aparılıb. Həmsədrlər ümumi mövqeyə malikdir. Tərəflər həmsədrlərin nə düşündüyünü bilir. Lakin qərarı tərəflər verməlidir”.

Rusiya baş dipomatının bəyanatını Meydan TV-yə şərh edən siyasi icmalçı İlqar Vəlizadə Rusiya xarici işlər nazirindən fərqli mövqe gözləmədiyini bildirib:

“Çünki Rusiya münaqişənin həlli istiqamətində ABŞ və Fransa ilə birgə fəaliyyət göstərir. Ona görə birtərəfli plan üzərində iş aparılması Minsk Qrupunun prinsiplərinə ziddir”.

“Rusiyanın təklifləri Lavrov planı adını alıb”

İlqar Vəlizadə bildirib ki, Rusiyanın planı yoxdur, amma təklifləri var  və bu təkliflər artıq şərti olaraq “Lavrov planı” adını alıb:

“Bu təkliflər sırasında nələr var, yalnız ehtimal edə bilərik. Ermənistan Azərbaycanın bir sıra rayonlarını azad edir, ardınca blokada götürülür, sonra Dağlıq Qarabağın keçid statusu gündəmə gəlir. Nəticədə regionda yeni reallıq yaranır və bu, münaqişənin növbəti mərhələyə keçməsinə imkan yaradır”.

İlqar Vəlizadə

İlqar Vəlizadə

O deyib ki, bəzi ekspertlər məlum planın tərkibində sülhməramlı qüvvələrin də bölgədə yerləşdirilməsi təklifinin olduğunu qeyd edirlər. 

“Əslində, bu yeni təklif deyil. Burda yenilik ondan ibarətdir ki, məsələlər ardıcıllıqla qoyulduğundan Ermənistanı qıcıqlandırır. Çünki Rəsmi Yerevan paket variantına üstünlük verir”.

İlqar Vəlizadə bildirib ki, xarici işlər nazirlərinin fevralda gözlənilən Moskva görüşündə tərəflər Rusiyanın təklifləri ilə bağlı mövqelərini ifadə etməlidir.          

“Rəsmi Bakı cəsarətsiz və qorxaq siyasət aparır”

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə hesab edir ki, Kreml bununla münaqişənin öz nəzarətində olduğunu gizlətmir:

“Sergey Lavrov ölkəsinin iddialı mövqeyini ortaya qoyub və bu barədə ilk dəfədir danışmır. Əslində, Rusiya Qarabağ probleminin həllinə imkan vermir”.

Akif Nağı

Akif Nağı

Akif Nağı deyir ki, Azərbaycan hakimiyyəti bu açıqlamaya uyğun siyasət yeritməlidir:

“Rusiyadan çəkinməyə ehtiyac yoxdur. Rəsmi Bakı bu mənada cəsarətsiz və qorxaq siyasət aparır. Hakimiyyət Qarabağ məsələsində müttəfiqi Türkiyədə və müsəlman ölkələrində axtarmalıdır, Qərbdən də dəstək yoxdur. İndiyə qədər Rusiya və Qərb arasında aparılan balanslı siyasət özünü doğrultmadı. Əgər ölkənin iqtisadi və hərbi gücü varsa, işğal olunmuş ərazilərin azad olunması istiqamətində addım atmalıdır. Başqa variant onsuz da qalmayıb”.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/xwa36y

Самое читаемое