Sami Yusuf “Azərbaycan” adlı kompozisiyasını yayımlayıb

Böyük Britaniyada yaşayan Azərbaycan əsilli müğənni və bəstəkar Sami Yusuf BMT-nin sülh elçisidir.

Source: Foto: arxiv


Video-çarxda Sami azərbaycanlı müğənnilər də çıxış edib

Müğənni Sami Yusuf “İrsin sonsuz ruhu” (“Timeless spirit of heritage”) adlı mədəni proqrama daxil olan mövzu-kompozisiyalardan biri “Azərbaycan”ı “

YouTube

” kanalında paylaşıb.

Video-çarxda Sami Yusufla bərabər xanəndə Təyyar Bayramov, Kənan Bayramlı, əməkdar artist Sevda Ələkbərzadə, aşıq Samirə də çıxış edib.

Bu il iyunun 30-da Bakıda UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində “İrsin sonsuz ruhu” (“Timeless spirit of heritage”) adlı mədəni proqram “Qobustan”, “Atəşgah”, “Nəsimi poeziyası”, “Rəqs edən ürəklər”, “Xalçalar”, “Şirvanşahlar sarayı”, “Novruz bayramı”, “Şəki Xan sarayı” və “Azərbaycanın gələcəyə baxışı” mövzularına həsr olunub.

Böyük Britaniyada yaşayan Azərbaycan əsilli müğənni və bəstəkar Sami Yusuf BMT-nin sülh elçisidir.

Albomları ilə dünya şöhrəti qazanan musiqiçi “Time” jurnalı tərəfindən “İslam dünyasının ən böyük musiqi ulduzu” elan olunub.

Ana səhifəMədəniyyətSami Yusuf “Azərbaycan” adlı kompozisiyasını yayımlayıb