Cəmilə Heydərova: Dedilər, ev tikilsin, ya təmir-bərpa olunsun, qayıdarsan.

Источник: meydan tv

Оглавление: Cəmilə Heydərova: Dedilər, ev tikilsin, ya təmir-bərpa olunsun, qayıdarsan.

Şamaxının 90 yaşlı sakini zəlzələdən dağılmış evinin bərpasını tələb edir

Cəmilə Heydərova deyir, evlərə baxış keçirib siyahıya alan Komissiyanın üzvləri onun evini qəsdən siyahıya daxil etməyib

“Kənddə evi dağılanlara yenisini tikdilər, bircə mənim evim tikilmədi. Adını da belə qoydular ki, guya o evdə yaşayış yoxdur”.

Şamaxının Qonaqkənd kəndində yaşayan 90 yaşlı Cəmilə Heydərova danışır ki, fevralın 5-dən 6-na keçən gecə baş verən zəlzələ nəticəsində onun da evi qəzalı vəziyyətə düşüb. Hadisədən sonra kəndə gələn komissiya üzvləri onların gəlişi zamanı evdə kimsə olmadığına görə “evdə heç kəs yaşamır” məzmunlu rəy verib. Bununla da həmin ev təmir-bərpa siyahısına salınmayıb. Cəmilə Heydərova isə deyir ki, elə zəlzələ baş verərkən də evdə olub.

“Hamının evi tikildi, mənim evimdən başqa”

“Həyat yoldaşım dünyasını dəyişəndən sonra o evdə tək yaşamağa davam etmişəm. Qayınlarım da qonşuluqda yaşayır. Demək olar ki, qohumlarım bütün günü evimin içindəydilər. Hətta zəlzələ vaxtı da evdəydim. Sadəcə ev dağıntıya məruz qalandan sonra təbii ki, dağıntıların arasında qalmalı deyildim. Oğlum gəlib məni Bakıya götürdü. Dedilər, ev tikilsin, ya təmir-bərpa olunsun, qayıdarsan. Hələ də onun evində qalıram. Ancaq baxdım ki, hamının evi tikilir, bircə mənim evimdən başqa...”- Cəmilə Heydərova danışır.

Cəmilə Heydərova ona məxsus evin hansı səbəbdən təmir-bərpa olunmadığını öyrənmək üçün Şamaxı Rayon İcra Hakimiyyətində də olub:

“Xəbər tutdum ki, komissiya üzvləri evə baxış keçirəndən sonra “burda heç kəs yaşamır” rəyi verib və komissiya mənim evimi siyahıya salmayıb. Oğlumla bərabər icra hakimiyyətinə getdim, dedilər ki, bizlik deyil, bu işlə Fövqəladə Hallar Komissiyası məşğul olur. İndiyədək də Komissiya icra hakimiyyətinin üstünə yıxır, icra hakimiyyəti Komissiyanın... Qalmışam Komissiya ilə icra hakimiyyətinin arasında...”

“Prezident göstəriş verir, məmurlar yerinə yetirmir”

Cəmilə Heydərova deyir, evlərə baxış keçirib siyahıya alan Komissiyanın üzvləri onun evini qəsdən siyahıya daxil etməyib:

“Düşünüblər ki, qoca arvaddır, bu gün-sabah ölüb gecəcək, ömrünün qalan hissəsini də oğlunun yanında keçirər. Burdan komissiya üzvlərinə demək istəyirəm ki, canım salamatdır, ölməyə də hazırlaşmıram. Prezident göstəriş verir ki, zəlzələdən zərər çəkmiş evlər qısa müddətdə bərpa olunsun, məmurlar göstərişə əməl eləmir, vətəndaşı narazı salır. Mənim kənddə evim ola-ola niyə Bakıda oğlumun evində qalmalıyam?”

Şamaxı zəlzələsində zərər çəkən ev

Şamaxı zəlzələsində zərər çəkən ev

Источник: meydan.tv

“Vətəndaş Komissiyaya ərizəylə müraciət etsin”

Hüquqşünas Namizəd Səfərov deyir, Cəmilə Heydərova Fövqəladə Hallar Komissiyasına həmin evdə yaşaması ilə bağlı bir neçə qonşunun imzasıyla akt təqdim etsə, problem həllini tapar: “Əgər Komissiya üzvlərində hər hansı şübhələr varsa, qonşular akta imza atmaqla həmin ünvanda yaşayış olduğunu təsdiqləməlidilər. Cəmilə Heydərova həmin aktı öz ərizəsinin üzərinə əlavə edərək komissiyaya poçt vasitəsilə, xəbərnaməli göndərməlidir. Əgər komissiya aktı da nəzərə almasa, o zaman vətəndaş məhkəməyə müraciət edə bilər”.

Şamaxı Rayon İcra Hakimiyyətindən bildirilib ki, komissiya üzvləri arasında qurumun işçiləri də var. Vətəndaş Cəmilə Heydərova komissiyaya rəsmi ərizə ilə müraciət edə bilər: “Dağıntıya məruz qalmış evlər bərpa olunub. Bu yaxınlarda Birinci vitse-prezident də gəldi, həmin evlərdə oldu, vətəndaşlar təşəkkürlərini bildirdilər. Bu məsələ xüsusilə diqqətimizdədir, görünür, nə isə anlaşılmazlıq var, Cəmilə Heydərova ərizəylə müraciət etsin, komissiya ərizəyə baxsın, qərar versin”.

Fevralın 5-dən 6-na keçən gecə Şamaxıda baş vermiş zəlzələ dağıntılara səbəb olub. 6 nəfər yaralanıb. Təcili yardım stansiyasına azı 20 nəfər müraciət edib. Daha çox dağıntı rayonun Qəleybuğurd, Qızmeydan və Nağaraxana kəndlərində qeydə alınıb. Fevralın 7-də prezident İlham Əliyev Şamaxıda zəlzələnin baş verdiyi ərazilərdə olub, vətəndaşlarla görüşüb, məmurlara tapşırıqlarını verib. Martın 7-də o, təkrar Şamaxıya gedib, zəlzələdən dağılmış evlərin təmir-bərpası ilə tanış olub. Sentyabrın 14-də isə Birinci virse-prezident Mehriban Əliyeva Şamaxıya gedib, zəlzələdən sonra tikilən evlərə baxış keçirib, vətəndaşlarla görüşüb.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/wuu1tm

Самое читаемое