Şahzadə Ubolratana Taylandın Baş naziri olmaq istəyir

İlk dəfədir ki, kral ailəsi siyasətdə iştirak edəcək

Source:

Misli görünməmiş bir addımla taylandlı şahzadə Ubolratana Rajakanya Sirivadhana Barnavadi ölkənin uzunmüddətli ümumi seçkiləri üçün Baş nazir vəzifəsinə namizəd oldu. Onun namizədliyi Taylandın keçmiş Baş naziri Taksin Şinavattayın (Thaksin Shinawatra) mttəfiqləri tərəfindən qurulmuş Tay Raksa Çart (Thai Raksa Chart) Partiyası tərəfindən verilib.

Kral Maha Vajiralongkornun böyük bacısı, 67 yaşlı Ubolratananın namizədliyi ilə bu ölkənin tarixində ilk dəfədir ki, kral ailəsinin üzvü siyasətdə birbaşa iştirak etmək istəyir.

1972-ci ildə bir ABŞ vətəndaşı ilə evlənərkən şahzadə kral titulundan məhrum olmuşdu. O, 1990-cı illərin sonlarında Taylanda qayıdıb. Ubolratana rəsmi titulunun bərpa edilməməsinə baxmayaraq, taylandlılar tərəfindən krallıq ailəsinin üzvü olaraq qəbul edilir.

“İnstagram”dakı paylaşımında Ubolratana Thai Raksa Chartın namizədliyini qəbul etməklə bir vətəndaş kimi öz hüquqlarından istifadə etdiyini söyləyib.

O, “mən royal titulunu buraxmışam və siravi vətəndaş kimi yaşayıram,” – deyib: “Mən Raksa Chart Partiyasının namizədliyini heç bir xüsusi imtiyaz olmadan konstitusiyayla digər Tayland vətəndaşlarına verilən haqq və azadlığı göstərməyim üçün qəbul etdim”.

Tay filmlərində baş rollarıyla ictimaiyyətə tanınan Ubolratana 24 mart seçkilərinə onun maraqlarını təmsil edən siyasi partiyalar vasitəsiylə təsir edən Şinavattayın ailəsinin yaxın dostudur. Şinavattay ailəsi bu dəfə heç bir ailə üzvünü təyin etməyib.

“Tay siyasətinin gözlənilməz təbiəti tamamilə başqa istiqamətdə inkişaf edir,” – Al Jazeeranın jurnalisti Taylandın paytaxtı Banqokdan bildirib.

“Tayland siyasətində bundan əvvəl belə bir şey baş verməyib. Kral ailəsi hər zaman siyasətdən yüksəkdə dayanıb. Baxmayaraq ki, eyni zamanda hər kəs onu ən güclü orqan olaraq tanıyır,”- o deyib.

Şahzadənin namizədliyinin Kral Vajiralongkornun tərəfindən təsdiqlənib-təsdiqlənmədiyi hələ aydın deyil.

Ölkənin Xalqların İslahatı Partiyası, Seçki Komissiyasından şahzadənin namizədliyinin qanunları pozub-pozmadığını diqqətə almasını istəyıb.

Seçki Komissiyası növbəti cümə günü bütün namizədləri təsdiq və ya rədd etməlidir.

Ana səhifəXəbərlərŞahzadə Ubolratana Taylandın Baş naziri olmaq istəyir