Şahmar Mövsümov: Azərbaycan bu gün dünyaya borc verir, nəinki borc alır

“Mən istərdim suallar barədə bir söz deyim, özüm üçün də çox maraqlıdır ki, bu gün koronavirus hamını maraqlandıran məsələdir”.

Source: Trend.az


"Əgər qaydalara riayət edilsə, karantin rejiminin sərtləşməsinə ehtiyac olmayacaq"

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 23-də "ClubHouse" sosial şəbəkəsində canlı şəkildə istifadəçilərin suallarını cavablandırıb. Meydan TV Şahmar Mövsümov çıxışından bəzi hissələri oxucularlna təqdim edir.


"Normal həyata qayıtmağın yeganə yolu qısa müddətdə hamının peyvəndləşməsidir"

Şahmar Mövsümov deyib ki, 3 oğlu tineycerdir, onlardan geridə qalmamağa çalışır: ""ClubHouse" haqda da oğlanlarımdan məlumat aldım, qısa müddətdə çox populyarlaşmış sosial şəbəkədir, ona görə də qoşuldum, çox maraqlı insanlar var və çox maraqlı yenilikdir. Hamı kimi mən də "ClubHouse"-un nə olduğunu öyrənirəm. Amma təbii ki, iş vaxtı mümkün deyil, yalnız gecə vaxtları daxil olub dinləmək olur.

Mən istərdim suallar barədə bir söz deyim, özüm üçün də çox maraqlıdır ki, bu gün koronavirus hamını maraqlandıran məsələdir. Artıq peyvədlənmə prosesi başlayıb, Azərbaycanda öndə gedən ölkələrdən biridir. Regionda birinci ölkəyik ki, aparıcı ölkələr kimi peyvəndləşməyə başlayıb. Məlumat da var, 200 mindən çox insan peyvənd olunub. İstərdim peyvəndlənmənin əleyhinə olan insanların arqumentlərini dinləyim. Normal həyata qayıtmağın yeganə yolu qısa müddətdə hamının peyvəndləşməsidir. Sizin də ətrafınızda olanların hansı arqumentləri var ki, dövlət tərəfindən ona cavab verilsin və insanların inamı artsın?"

Şahmar Mövsümov özünün və məmurların peyvədlənməsi haqda suala cavab verərkən bildirib ki, Azərbaycanda proses başlayanda ilk növbədə tibb işçilərinin peyvədlənməsi həyata keçirilib:

"Mən də səhiyyə sisteminin kurasiyasını apardığım üçün yaşım çatmasa belə, peyvədlənmədən keçmişəm, Çin vaksinindən. Hamıya da bunu məsləhət görürəm, tamamilə təhlükəsizdir, tibb sahəsinin bütün rəhbərləri də peyvənd olundu. Digər məmurlara gəlincə, yaşları uyğun olduqlarından onlar da peyvənd olunublar. Yəqin ki, bu məsələdə kommunikasiya edilməsi yaxşı olardı. O ki qaldı təhlükəsizliyə, Azərbaycanın seçdiyi platforma, inaktiv edilmiş vaksinlər keçən əsrin 50-ci illərindən bəllidir, onların istehsalı üçün yeni texnologiyadan istifadə edilməyib. Başqa vaksinlərdə müəyyən yeniliklər var, amma Azərbaycanın istifadə etdiyi vaksinlər tamamilə ənənəvi platformalardır, hətta Tükiyədə 6 milyona yaxın insan həmin vaksinlə peyvənd olunub, heç bir fəsad yoxdur. Azərbaycanda 200 mindən çox insan peyvənd olunub və heç bir fəsad müşahidə etməmişik".

Administrasiya rəhbəri deyib ki, seçimdə hansı ölkə yox, hansı vaksinin seçilməsi daha çox müzakirə olunmalıdır:

"Hazırkı vaksinlər əsasən 3 platformada istehsal edilir. Birinci ənənəvi inaktiv edilmiş virusun üzərində qurulmuş vaksinlərdir. Onlar uzun müddətdir bəllidirlər və təhlükəsizdirlər. İkinci tip vaksinlər evektir vaksinlər adlanır, onların bir hissəsi adenavirus vasitəsilə insanlara çatdırılır, bunlar Rusiyanın "Sputnik-V" və Oksford Universiteti tərəfinən istehsal olunur. Üçüncü ən yeni platforma mesencer RNY deyilir. Azərbaycanın aldığı "Sinovak" vaksini çox təhlükəsiz və özünü doğrultmuş vaksinlərdir. Sual oluna bilər ki, bəs ən yaxşı vaksindirsə, niyə bütün dünya onu almır. Problem ondadır ki, bu tip vaksinin istehsalı çox zaman və böyük istehsal potensialını tələb edir. Bunlar toyuq yumurtası üzərində yetişdirilir və sonradan inaktiv edilir. "Sinovak" bu il cəmi 600 milyon istehsal edə bilər ki, bu da dünya üçün çox cüzidir. Amma digər vaksinlər isə milyardlarla istehsal edilə bilər. Ona görə Azərbaycan seçimini edəndə çox ənənəvi və təhlükəsizlik vaksinlərinə üstünlük verdi".

Şahmar Mövsümov vaksinin alınmasının Türkiyə ilə işbirliyindən qaynaqlandığına işarə vurub: "Onların vasitəsilə Çinlə yaxşı münasibətlərimiz quruldu. "Sinovak" peyvəndinin Türkiyədə əldə olunması onunla bağlıdır ki, vaksin 3 ölkədə klinik sınaqlarını keçirmişdi-Braziliya, İndoneziya və Türkiyə".


"Cəmi 200 min insanı peyvənd edə bilmişik"

Ş.Mövcümov Azərbaycanın ilkin mərhələdə 4 milyon vaksin əldə etdiyini deyib: "Hər bir insana 2 dəfə vaksin vurulmalıdır, 4 milyon vaksin isə 2 milyon insanı əhatə edir. Təəssüf ki, sürətimiz hələ aşağıdır, cəmi 200 min insanı peyvənd edə bilmişik. Ümid edirəm ki, siz də yaxınlarınızı peyvəndləşməyə çağıracaqsınız. Nə qədər tez 50 yaşdan yuxarı insanların peyvənd olunmasını əhatə edə bilsək, xəstəxanalara düşən insanların sayı azalacaq və səhiyyə sistemimizin dözümlülüyü artacaqdır".

O, peyvəındlənmədən sonra bununla bağlı pasport alıb xarici ölkəyə getməyin mümkün olması haqda suala belə cavab verib:

"Hazırda xaricə getmək üçün testin neqativ çıxması barədə sənəd tələb edilir. Çünki vaksinləşmə koronavirusa yoluxmanın 100 faizlik qarşısını alır. Yəni peyvənd olunan insan xəstələyə yoluxmayacağı barədə təminat alır".

Vaksin qəbul etmək istəməyənlərə qarşı hər hansı tədbir görülməsinə gəlincə, Şahmar Mövsümov bildirib ki, hazırda belə bir tədbir planlaşdırılmır:

"Vaksinləşmə hamı üçündür və yaxşıdır. Əgər hamı vaksinləşsə, hamı üçün yaxşı olacaq. Təbii ki, individual insanlar bu barədə düşünmürlər, onlar ancaq özləri barədə fikirləşirlər. Burda da məcbur etmək imkanı yoxdur. Arada yeni pandemiya başlayanda biz 65 yaşdan yuxarı insanların evdə qalmasını istəyirdik, yəqin ki, bir müddət sonra 65 yaşdan yuxarı insanların daha çox qorunması naminə təşviqat aparmaq mümkün olacaq. Amma hansısa ciddi tədbir görmək düzgün yanaşma olmaz". O, peyvənd olunmayan tibb iççilərinin işdən çıxarılması haqda məlumatsız olduğunu deyib:

"Azərbaycanda tibb sahəsində uğurlu peyvəndləşmə gedib. 100 minə yaxın tibb işçisinin 80 minə yaxını peyvəndlənib, yerdə qalanlarının böyük qismi xəstələnib sağalıblar, onların peyvəndlənməyə ehtiyacı yoxdur. Çox az adam imtina etdi, onlara qarşı da heç bir tədbir görülmədi. Mən də hər hansı tədbirin görülməsini düzgün saymıram. Çünki peyvəndlənmə könüllü və pulsuz olmalıdır".


"30 yaş həddində olanlar arasında koronavirusa yoluxanların sayı azdır"

"Bir sıra ölkələrdə peyvəndlənmədən keçıb, insanlar maska istifadə etmir, kinoteatrlara buraxılır, bəs Azərbaycanda necə, bu cür güzəştlər olacaqmı" sualına Şahmar Mövsümov belə cavab verib:

"Azərbaycanda 65 yaşdan yuxarı 730 min insan var, 50-65 yaş arası insanların sayı isə 1 milyon 800 mindir. Bu o deməkdir ki, 50 yaşdan yuxarı olan insanların sayı 2 milyon yarımdan çoxdur. İndi onların 200 minindən çoxu peyvəndlənib. Əsas məqsədimiz yaxın iki həftədə bu yaşda olanların peyvənlənməsidir. Məsələ ondadır ki, xəstəxanalarda olanların əksəriyyəti yaşlı insanlardır. 30 yaş həddində olanlar arasında koronavirusa yoluxanların sayı azdır. Amma onların da vaksinləşməsi lazımdır".

1 apreldən sonra karantinin şərtlərinə gəlincə, Ş.Mövsümov bildirib ki, hər şey vətəndaşlardan asılıdır:

"Əgər qaydalara riayət edilsə, karantin rejiminin sərtləşməsinə ehtiyac olmayacaq. Amma qaydalar yenə pozulsa, maska taxmaq, məsafə saxlamaq problemi qalsa, insanlar buna riayət etməsə, yoluxmaların sayı artacaq, xəstəxanalar yenə dolacaq, yer olmayacaq. Koronavirus bizim həyat tərzimizi dəyişdi, məcburuq qaydalara riayət edək. Vəziyyətin belə davam etməsi dövlətə ziyandır, vergilər yığılmır, ÜDM düşür. Biz məcburuq bunu etməyə, çünki digər tərəfdə insanların həyatıdır. Ümid edirik ki, insanlar vəziyyəti başa düşüb qaydalara riayət edəcək və biz sərtləşməyə getməyəcəyik. Eyni zamanda, peyvəndləşmənin də təsiri olacaqdır".


"Azərbaycan xarici borcun idarə olunması istiqamətində çox konservativdir"

"Karantin bitəndən sonra sahibkara hər hansı imkanlar, güzəştlər, qanunvericiliyin yumşaldılması istiqamətində yol xəritəsi olacaqdırmı" sualına cavab verən Ş.Mövsümov xatırladıb ki, karantin dövründə biznesə ağır yük düşməməsi üçün vergi qanunvericiliyində dəyişikliklər edildi, əməkhaqqı üzrə yardımlar olundu:

"Bu yaxınlarda Beynəlxalq Valyuta Fondunun nümayəndəsi də Azərbaycanda olanda hökumətin addımlarını yüksək qiymətləndirmişdi. Postpandemiya dövrü həm də postkonflikt dövrü olacaqdır. Bunun üçün müxtəlif proqramlar nəzərdə tutulur. Xüsusi önəm özəl tərəfaşlıqlara verilməlidir, çünki heç bir dövlətin o qədər vəsaiti yoxdur ki, hər şeyi öz hesabına etsin. Bu məsələdə mütləq özəl sektorun iştirakı labüddür. Özəl sektor da xüsusən işğaldan azad olunmuş ərazilərin bərpasına mütləq cəlb olunmalıdır".

Postpandemiya dövrü üçün xarici borcun nə qədər artacağı sualına gəlincə, Ş.Mövsümov bildirib ki, hazırda elə bir hesablamalar yoxdur və onların aparılmasına da böyük ehtiyac duyulmur:

"Çünki Azərbaycan xarici borcun idarə olunması istiqamətində çox konservativdir. Biz pandemiya dövründən əvvəl də borclanma siyasıtində həddən artıq konservativ siyasət həyata keçirdik, xarici borcumuz digər ölkələrə nisbətən çox aşağı səviyydədir. Eyni zamanda, Azərbaycanın böyük həcmdə ehtiyatları var, xaricdə saxladığımız valyuta ehtiyatlarımız cəlb etdiyimiz borcdan çoxdur. Yəni Azərbaycan bu gün dünyaya borc verir, nəinki borc alır".

Ana səhifəSiyasətŞahmar Mövsümov: Azərbaycan bu gün dünyaya borc verir, nəinki borc alır