Sabir Rüstəmxanlı: Kəndlərdə şor sudan istifadə olunur

“Sadəcə, Neftçala şəhərinə su çəkildi, amma kəndlərə yox”.

Source: google.az


Deputat Xəzər dənizinin suyunun Kür çayına qarışması ilə bağlı yaranan problemə toxunub

"Kürboyu çoxlu balıq nohuru var, biz insanları məcbur edirik ki, insanlar şor su, balıqlarsa şirin su içsin”.

Milli Məclisin iclasında deputat Sabir Rüstəmxanlı Kür çayının suyunun azalması və Xəzər dənizinin suyunun çaya qarsıması ilə bağlı yaranan problemə toxunub.

Ötən ildən Kür çayında belə problemin yarandığını deyən deputat vurğulayıb ki, vəziyyət bu il daha acınacaqlıdır:

“Nazirlər Kabinetindən mənə dedilər ki, kompleks tədbirlər görülür. Bəs haradadır bu kompleks tədbirlər? Sadəcə Neftçala şəhərinə su çəkildi, amma kəndlərə yox. Kəndlərdə şor sudan istifadə olunur".

O əlavə edib ki, suvarmanı köhnə sistemdən müasir sistemə keçirmək vacibdir.

Deputat Ermənistanla informasiya savaşı üçün xüsusi mərkəzin yaradılmasına ehtiyac olduğunu da bildirib:

“Biz qələbə eyforiyasını yaşadığımız vaxtda ermənilər bütün dünyada Azərbaycana qarşı informasiya işini gücləndirir. Rusiya mediasına baxıram. Bizə atılan böhtanlara yüksək səviyyədə cavab verə bilmirik. Diaspor qurumları da aktiv olmalıdır. Azərbaycana qarşı ermənilərin informasiya savaşı ilə əlaqədar olaraq informasiya mərkəzi yaradılmasına ehtiyac var. Bəlkə də adı “Qarabağ informasiya mərkəzi” ola bilər. Bu mərkəzdə anti-Azərbaycan yazılarına layiqli cavab verilə bilər”.

Ana səhifəSosialSabir Rüstəmxanlı: Kəndlərdə şor sudan istifadə olunur