Источник: Meydan Tv

Saatlının 80 yaşlı sakini: 7 nəfər palçıq evin bir otağına sığınıb

Ailədə qarındolusu yemək yeyə bilməyən üç uşaq, bir yeniyetmə var

“7 nəfərlik ailə mənim pensiyamla dolanır. 4 nəvəm var, üçü azyaşlı, biri yeniyetmədir. Başqaları kimi qarındolusu yeyə, gözudolusu geyinə bilmirlər. Adam baxanda ürəyi parça-parça olur”.

80 yaşlı Zəhra Əliyeva Saatlı rayonu, Mais Əliyev küçəsinin sakinidir. Meydan TV-yə danışır ki, həmin ünvandakı birotaqlı evdə oğlu, gəlini və dörd nəvəsi də onunla bərabər yaşayır. Deyir, oğlunun ayaqları tutulandan ailə ehtiyac içindədir, elə gün olur ki, çörək də tapmırlar.

“Allah bundan betərindən saxlasın”

“Oğlum əvvəllər işləyirdi, avtobus sürürdü, yaxşı-pis ailəni dolandırırdı. Sonra ayaqları tutuldu, yeriyə bilmir, əmək fəaliyyəti ilə məşğul olmur. Elə gün olur ki, yeməyə yavan çörək də tapmırıq, axşama kimi birtəhər günü ac qarına yola verib, axşam yatırıq. Ən çox da uşaqlara ürəyim ağrıyır, onların indi yeyib, inkişaf eləyən vaxtlarıdır, ancaq çöhrələri solğun, əlləri ağappaq, buz kimi, qan faizi aşağı, vitamin yox... Hərdən adam fikirləşir ki, Allah bundan betərindən saxlasın, ancaq məncə bu, elə hər şeyin ən betəridir, bundan o tərəfi yoxdur”, - ana deyir.

“Kim pul verdisə, palçıq evi daşa çevrildi”

Zəhra Əliyeva deyir, 7 nəfərin sığındığı o bir otaq da qəzalı vəziyyətdədir, hökumət nümayəndələri dəfələrlə gəlib evi siyahıya alsa da, heç bir nəticəsi olmayıb:

“Bu ərazilərdə çoxu evini o vaxtlar palçıqdan tikib. Kür-Araz daşqınları vaxtı sel-su altında qalmasa da, o hadisələrin bizim evlərə də zərəri toxundu, evlər qəzalı vəziyyətə düşdü. Evin divarı ortadan yarılıb. İcra hakimiyyətinin, Fövqəladə Hallar Komisiyyasının üzvləri gəlib bu ərazidəki evlərə baxdılar, dedilər, Prezidentin tapşırığı var, bircə dənə də palçıq ev qalmayacaq, hamısı sökülüb yerində daş evlər tikiləcək. Hətta Bakıdan da gəlib baxmışdılar. Məktub da almışdıq ki, tezliklə ev tikiləcək. Qonşuda iki evi olanın palçıq evini söküb daş ev tikdilər, ancaq biz qaldıq. Kim pul verdisə, gəlib ona daş ev tikdilər, kim pulunu vermədisə, palçıq evdə qaldı”.

“Ailəlikcə revmatizmadan əziyyyət çəkirik”

Zəhra xanım deyir, palçıq ev həm onun, həm də ailə üzvlərinin səhhətində ciddi problemlər yaradıb:

“Ailəlikcə revmatizmadan əziyyət çəkirik, ayaqlarımız ağrayır, nəmişlik canımıza hopub, böyük nəvəmin 18 yaşı olacaq, bu palçıq evdən çıxarıb vətəni qorumağa aparacaqlar. Oğlumun ayaqları tamamilə tutulub, yeriyə bilmir. Uşaqlar ilin çox vaxtını xəstələndikləri üçün evdə qalırlar, məktəbə gedə bilmirlər. Mənim 250 manat pensiyamın çox hissəsi dərmanlarımıza gedir. Sabah başımı yerə qoysam, o pensiya da kəsiləcək, bu tifillərin aqibəti necə olacaq, bilmirəm”.

“İş tapılmasa, daha çətin olacaq”

Zəhra xanımın oğlunun əmək fəaliyyəti ilə məşğul olmaq imkanı yoxdur, gəlini isə iş üçün tez-tez dövət qurumlarına üz tutub, ancaq münasib iş tapa bilməyib:

“Dəfələrlə icra hakimiyyətinə gedib, başqa idarələrə müraciət edib, ancaq qapıdan içəri buraxmayıblar. Deyirlər, rayonun yarısından çoxu işsizdir, sənə hardan iş verək... Gəlinimə iş verilməsə, vəziyyətimiz bundan da ağır olacaq. Demirik ki, süfrəmizə ciblərindən çörək alıb qoysunlar. Dövlətin bir manatını da istəmirik, iş versin, camaat işləyib, çörəyinin pulunu qazansın, balasını böyütsün”.

Saatlı Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, ölkə ərzisində koronavirusla bağlı karantin müddəti bitdikdən sonra iş axtaran vətəndaş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində yaradılmış özünəməşğulluq mərkəzinə və DOST İş Mərkəzinə müraciət edə bilər: “Rayonda xeyli insan dövlətin bu sosial layihələrinə qoşulub və onlara təklif olunan işlərdən razıdılar. Ölkədaxili karantin müddəti bitdikdən sonra xanım aidiyyəti üzrə həmin ünvanlara rəsmi ərizəylə müraciət edə bilər”.

Evin vəziyyəti

Evin vəziyyəti

Источник: Meydan Tv

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/qc7vaj

Самое читаемое