Rusiya sülhməramlıları

Источник: arxiv

Başlıq: Rusiya sülhməramlıları

Rusiyanın planı nədir?

Moskvada Dağlıq Qarabağdakı sülhyaratma missiyasının genişləndiriləcəyindən danışmağa başlayıblar

“Bütün münaqişə tərəfləri lazım bilərsə, Rusiya Dağlıq Qarabağda sülhməramlıların sayını artıra bilər”, - bu barədə RF prezidenti Vladimir Putin illik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Bir müddət əvvəl, oktyabrın 30-da Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov Dağlıq Qarabağda Rusiya sülhməramlılarının iştirakının tərəfdarı olduğunu bildirən Ermənistanın Baş naziri Nikol Paşinyanın sözlərini şərh edərkən bəyan edib ki, “münaqişə zonasına istənilən sülhməramlılar müstəsna olaraq hər iki tərəfin razılığı ilə yeridilir”.

Həmçinin, Putinə verilən sualların çoxunun əvvəlcədən hazırlandığı sirr deyil.

Buna görə hazırda Kremlin Dağlıq Qarabağda sülhyaratma missiyasının miqyasını genişləndirmək üçün Azərbaycan rəhbərliyinə təzyiq göstərdiyini təxmin etmək olar.

Bu arada, Rusiya sülhməramlılarının missiyasının cəmi ilyarım davam edəcəyinə baxmayaraq, “sülhməramlıların” əməlləri artıq Azərbaycanda ciddi narazılıq doğurub. Və bunun üçün tutarlı səbəblər var.

İndiyədək sülhməramlıların onların nəzarəti altında olan ərazilərin demilitarizasiyası ilə məşğul olacağının heç bir əlaməti yoxdur. Onların bilavasitə funksiyalarını – ermənilərin qanunsuz birləşmələrinin tərksilah edilməsi funksiyasını yerinə yetirməsi haqqında heç bir aydın hesabat yoxdur. Bundan başqa, Rusiya Müdafiə Nazirliyinin Rusiya sülhməramlılarının postlarının yerini göstərən infoqrafikində indiyədək Xankəndi şəhəri Stepanakert kimi göstərilib. Bununla Rusiyanın hərbi idarəsi ya qəsdən, ya bilmədən erməni separatçılarını qoruduqlarını vurğulayır.

“Sülhməramlılar” missiyaya başladıqları gündən etibarən “DQR”in “rəsmi şəxsləri” ilə sıx əlaqələr saxlamağa, xüsusən onların başçısı, Azərbaycan Baş Prokurorluğunun barəsində bəşəriyyətə qarşı cinayətlərə, o cümlədən hərbi cinayətlərə görə ölkənin Cinayət Məcəlləsinin 15 maddəsi ilə cinayət işi açdığı Araik Arutyunyanla qardaş olmağa başlayıblar. Baxmayaraq ki, əslində “sülhməramlı” qüvvələr bu subyekti Azərbaycana təhvil verməli idilər.

Hələ Bəyannamədə nəzərdə tutulduğu kimi erməni silahlı birləşmələrini çıxarmadan, Rusiya sülhməramlıları ermənilərin Qarabağa total miqrasiyasını təşkil ediblər. Hər gün Qarabağa təxminən 1-1,5 min erməni gətirilib. Bu günə qədər təxminən 40 min erməni bilavasitə Rusiya sülhməramlılarının müdafiəsi, yardımı və pulsuz dəstəyi ilə Qarabağa qayıdıb, baxmayaraq ki, bu, sülhyaratma missiyasına heç cür uyğun deyil.

Belə bir təəssürat yaranır ki, bu, erməni əhalinin ilk növbədə öz iştirakı ilə gizli quldur təşkilatının təhlükəsizliyini təmin etməsi üçün edilir. Dinc əhali arasına qarışan terrorçuların və digər ekstremistlərin özlərini rahat hiss etməsi üçün. Bu, bir tərəfdən faktiki olaraq canlı sipərdir. Digər tərəfdən bu, bu gizli quldur təşkilatını bəsləyən və onun mövcudluğu üçün məişət şərtlərini təmin edən sosial bazadır. Və əhali nə qədər çoxdursa, gizli quldur təşkilatına nəzarət etmək və onun özəyini axtarmaq bir o qədər çətindir.

Ermənistandan kimlərin gətirildiyinə - bu insanların Qarabağda yaşayıb yaşamadığına praktiki olaraq və de-fakto heç kim nəzarət etmir. Həmçinin, silah və döyüş sursatlarının daşınmasına heç bir nəzarət yoxdur. Rusiya telekanallarının efirində gedən kadrlara görə mühakimə etsək, “sülhməramlılar” bölgəyə gələnlərdən silah gətirib-gətirmədiklərini soruşmaqla kifayətlənirlər. Onlar isə, əlbəttə ki, inkar edirlər. Bununla da yoxlama proseduru başa çatır, bölgəyə girənlərin avtomobillərinə və baqajına heç bir baxış keçirilmir.

“Sülhməramlılara” gizli quldur təşkilatına qarşı mübarizə aparmaq əmri verilib? Bu, Rusiyanın hərbi-siyasi rəhbərliyinin hərbi sirridir. Amma barəsində beynəlxalq axtarış elan edilmiş Araik Arutyunyanın Qarabağda Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradovla, Moskvada yüksək vəzifəli məmurlarla görüşlər keçirməsindən, bu yaxınlara qədər Xankəndi üzərində heç kimin tanımadığı separatçı rejimin bayrağının dalğalanmasından, Rusiya sülhməramlılarının isə Kəlbəcər, Ağdam və Laçında ermənilərin əraziləri tərk etməzdən əvvəl evləri yandırmasını, ağacları kəsməsini, Xudavəng monastırını (Kəlbəcər) talan etməsini laqeyd şəkildə izləməsindən göründüyü qədər, belə bir əmr olmayıb.

Rusiyalı tarixçi və politoloq Oleq Kuznetsov bildirib ki, ermənilər Kəlbəcərdən çıxarkən mümkün olan hər yerdə sistemsiz şəkildə minalar basdırıblar. Bu zaman əraziləri son tərk edən, Rusiya KİV-lərinin yazdığı kimi, kəşfiyyat-diversiya batalyonları deyil, son günə, bəlkə də son saata qədər yollarına mina düzən mühəndis-istehkamçı hissələr idi.

Qarabağda diversiya qrupları, terrorçu birləşmələr var, onlar gündüz dinc sakinlər kimi gəzirlər, lazım olduqda isə müxtəlif diversiya həmlələri həyata keçirəcəklər. Yeri gəlmişkən, onlar artıq həmlələr həyata keçirirlər. Bu günlərdə toqqşuma zamanı üç Azərbaycan hərbiçisi və Azercell telekommunikasiya şirkətinin bir əməkdaşı həlak olub.

Dekabrın 12-də Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) xüsusi təyinatlı qüvvələrinin antiterror əməliyyatı həyata keçirdiyi Xocavənd rayonunun Köhnə Dağlar və Çaylaqqala kəndlərinə gələn “sülhməramlılar” öz mandatlarına uyğun olaraq terrorçuların məhv edilməsinə və ya ən azından qovulmasına kömək etmək yerinə, əməliyyatın həyata keçirilməsinə mane olmağa çalışıblar. Eyni zamanda, Rusiya Müdafiə Nazirliyinin saytındakı infoqrafikdə Dağlıq Qarabağ xəritəsində yuxarıda adı çəkilən kəndlərin yerləşdiyi ərazi, “sülhyaratma missiyasının” mandatına zidd olaraq, onların məsuliyyət zonasına daxil edilib. Bu addımlar ölkə ictimaiyyəti tərəfindən 1988-ci ildəki sərhədlər daxilində separatçı qurumun ərazisini bərpa etmək niyyəti kimi qiymətləndirilib.

Antiterror əməliyyatı nəticəsində məlum olub ki, DTX xüsusi təyinatlıları “sülhməramlıların” məsuliyyət zonasından Köhnə Dağlar və Çaylaqqalaya keçən və gizlənən yüzə yaxın terrorçunu əsir götürüb. Bu, heç də Rusiya KİV-lərinin qələmə vermək istədiyi kimi “meşələrdə azan”, ya müharibənin başa çatdığından xəbərsiz olan, ya da vaxtında özününkülərin yanına keçə bilməyən erməni əsgərləri deyil. Ermənistan mətbuatına isə məlumat sızmışdı –Ermənistandan təxminən 20 gün əvvəl könüllülər gəlib və Xocavənd rayonuna keçib. Yəni “sülhyaratma” missiyasının faəliyyəti dövründə.

Rusiya hərbiçilərinin bu qədər böyük diversiya qrupunu “gözdən qaçıra” biləcəyini “əsaslandıran” versiya heç bir ciddi tənqidə layiq deyil. Diversiya qruplarına qarşı necə mübarizə aparıldığını Rusiyada yaxşı bilirlər.

Bu hadisədə ən maraqlısı isə odur ki, dekabrın 9-da Azərbaycan DTX-nin rəisi general-polkovnik Əli Nağıyev Kəlbəcər və Laçın rayonlarında işgüzar səfərdə olarkən Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı Rüstəm Muradovla görüşüb. Əli Nağıyevin Xocavəndə terrorçuların göndərildiyini bilməsi və bu görüşdə Muradova qarşıda duran əməliyyat barədə məlumat verməsi heç bir şübhə doğurmur.

Amma bu, “sülhməramlıların” antiterror əməliyyatını pozmağa çalışmasına mane olmayıb. Bir müddət sonra Rusiya hərbiçiləri bu əməlləri guya Rüstəm Muradovun Qarabağda olmaması ilə əlaqədar baş vermiş anlaşılmazlıq kimi izah ediblər.

Həmçinin, qeyd etmək lazımdır ki, nə Rusiya Müdafiə Nazirliyinin saytında, nə heç bir Rusiya KİV-də ermənilərin Qarabağ ərazisində diversiya müharibəsi aparmaq üçün qoyub getdiyi bir dənə belə silah, döyüş sursatları, partlayıcı maddə saxlancının aşkar edildiyi barədə məlumat yoxdur. Amma separatçıların Köhnə Dağlar və Çaylaqqalanı ələ keçirməsi faktı belə saxlancların olduğunu göstərir. Və görünür, bu diversiya yalnız başlanğıcdır.

Bu nəyə lazımdır? Hər şey çox sadədir – Qarabağda sabitliyin pozulması “sülhməramlıların” orada iştirakını təmin edir. Rusiya hərbiçilərinin iştirakı isə Kremlin həm Azərbaycana, həm də Ermənistana təsir vasitəsidir. Rusiyanın ehtimal olunan “sülhməramlıların” sayını artırmaq niyyətinə gəlincə, bu, yəqin ki, gələcəkdə “sülhyaratma” missiyasının daimi fəaliyyət göstərən hərbi bazaya çevrilməsi niyyəti ilə bağlıdır.

Kremlin səylərini nəzərə alsaq, Azərbaycanın öz əraziləri üzərində suverenliyi tam bərpa etməsi prosesi uzun və kifayət qədər çətin olacaq. Görünür, qəbul etməliyik ki, bunu mərhələli şəkildə etmək olar. İlk növbədə “sülhyaratma” missiyasının genişləndirilməsinə yönəlmiş bu hücumu rəf etmək və separatçı quruma bitişik ərazilərin minalardan təmizlənməsi və quldur birləşmələrindən təmizlənməsi prosesini sürətləndirmək lazımdır. Bundan sonra “DQR”in perimetri boyunca Rusiya “sülhməramlılarının” blokpostlarının bilavasitə yaxınlığında blokpostlar yerləşdirmək və təmas xəttinə ciddi nəzarəti təmin etmək lazım gələcək.

Həmçinin, Ermənistan Silahlı Qüvvələrinin Qarabağdakı hissələrinin şəxsi heyətinin Azərbaycan ərazilərindən çıxarılması üçün onların kimliyinin müəyyən edilməsinə, yerli əhali arasındakı hərbi birləşmələrin tərksilah edilməsinə, milli valyutadan istifadəyə nail olmalıyıq.

Bundan sonra Azərbaycanın dövlət qurumlarının regiona qaytarılması, mülkiyyət hüquqlarının təsbit edilməsi və digər məsələlərin həllinə başlamaq olar.

Qarabağın azərbaycanlı əhalisinin qayıtması prosesi də bəsit görünmür. Burada da təxribatlara hazır olmaq lazımdır.

Aydındır ki, bu vəzifənin həlli üçün beynəlxalq təşkilatlar cəlb edilməlidir.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/3780gu

Самое читаемое