“Restoranlarda heyvan nümayiş etdirmək istismardır”

Heyvanlar haqqında heç bir məlumat və bələdçi yoxdur, bildiyiniz əsir düşərgəsidir.

Source: Specify Source


Eko-aktivist: “Bu restoranlar bildiyiniz əsir düşərgəsidir”

İsmayıllının Xanagah kəndində fəaliyyət göstərən “Günəş-Park” İstirahət Mərkəzində vəhşi heyvanlar saxlanır. Bu barədə Meydan TV-yə kənd sakinləri məlumat verib. Ancaq onlar adlarının açıqlanmasını istəmirlər. Çünki həmin istirahət mərkəzinin rəhbərinin rayon polisi ilə münasibətinin yaxşı olduğunu deyirlər:

“Gəlib bir bəhanə ilə həbs edərlər, lazım deyil. Ancaq orada həqiqətən də vəhşi təbiətə məxsus heyvanlar saxlanılır. Zebra, canavar, ceyran və s. İmkanlı insanlar tez-tez uşaqlarını bura aparır, özləri də oturub yemək yeyirlər. Bu restoranın xüsusilə seçilməsinin səbəbi orada heyvanların olmasıdır”.

Eko-aktivist Cavid Qara bu halın yolverilməz olduğunu söyləyir. Deyir, bu, heyvanları istismar etməklə pul qazanmaqdan başqa bir şey deyil və heç bir qanuna əsaslanmır:

“O heyvanların hər birinin yeri təbiətdir, restoran deyil. Həmin restoranın sahibi sadəcə müştəri cəlb etmək üçün heyvanlardan istifadə edir. Əksər insanlar bura heyvanları görmək üçün gəlirlər”.

Restoranda heyvan saxlanmasına gəlincə, Cavid Qara deyir ki, bəzən bunun üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyindən sənəd alırlar. Həmin sənəd zookolleksiya ilə bağlı olur. Bir növ bu insanlara heyvan kolleksiyası toplamaq üçün izin verilir:

“Ancaq istənilən halda doğru bir şey deyil. Vəzifəsi, pulu olan insanlar belə lisenziya əldə edib, heyvanları istismar edirlər. Əksər hallarda insanlar bu restorana heyvanlarla şəkil çəkdirmək üçün gəlirlər”.

meymun.jpg
Cavid Qara deyir ki, restorandakı meymunun bir gözündə problem var, dəvənin biri arıqlığından ayaqüstə dura bilmir

Restoranda heyvan saxlanmasına gəlincə, Cavid Qara deyir ki, bəzən bunun üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyindən sənəd alırlar. Həmin sənəd zookolleksiya ilə bağlı olur. Bir növ bu insanlara heyvan kolleksiyası toplamaq üçün izin verilir:

“Ancaq istənilən halda doğru bir şey deyil. Vəzifəsi, pulu olan insanlar belə lisenziya əldə edib, heyvanları istismar edirlər. Əksər hallarda insanlar bu restorana heyvanlarla şəkil çəkdirmək üçün gəlirlər”.

Cavid Qara deyir ki, ümumiyyətlə, 21-ci əsrdə heyvanların zooparklarda saxlanması da doğru deyil. Heyvanxanalar 20-ci əsrin təfəkkürüdür:

“Çünki həmin əsrin əvvəllərində televizor yox idi. İnsanların heyvanları tanıması üçün yaradılmışdı. Ancaq indi televiziyalarda heyvanlarla bağlı min bir cür sənədli filmlər var. Ordan baxmaq mümkündür və belə şeylərə gərək yoxdur. Hazırkı dövrdə heyvanların saxlanması istismardan başqa bir şey deyil”.

Cavid Qara deyir ki, Altıağacda heyvanlar üçün reablitasiya mərkəzi var. Orada yaxşı şərait qursalar, insanlar müəyyən vaxtlarda gedib heyvanları görə bilərlər:

“İndiki halda heyvanların yeri restoran deyil, təbiətdir”.

image_from_ios__4_ (1).jpg
Dəvə

Sakinlərin bildirməsinə görə, “Günəş-Park” İstirahət Mərkəzində 1 meymun, 4 dəvə, 3 maral, 1 zebra, 1 dəvəquşu və başqa heyvanlar saxlanılır.

Cavid Qara deyir ki, restorandakı meymunun bir gözündə problem var, dəvənin biri arıqlığından ayaqüstə dura bilmir:

“Əksər heyvanlar tək qalıblar. Heyvanlar haqqında heç bir məlumat və bələdçi yoxdur, bildiyiniz əsir düşərgəsidir. Kimin pulu və əlaqələri varsa, hansı heyvanı, necə istəsə saxlaya bilərmi? Bu, necə tənzimlənir?”

Cavid Qara deyir ki, eyni zamanda həmin “Günəş-Park” restoranı meşə fondu ərazisində icarə müqaviləsi ilə fəaliyyət göstərir. Əsaslı tikintiyə icazə olmasa da, əsaslı tikintiyə yol veriblər.

“Günəş-Park” İstirahət Mərkəzinin təsisçisi Ruslan Saleh oğlu Əfəndiyev adlı bir nəfərdir. İsmayıllıda restoran açsa da, özü Bakının Xətai rayonunun sakinidir.

Ruslan Əfəndiyevin məsələyə münasibətini öyrənmək mümkün olmadı.

Bir müddət öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ağstafa rayonunda vəhşi heyvanları qəfəsdə saxlayan restoran sahibini cəzalandırdı. Həmin rayondakı “Yaşıl Göl” adlı restoranda da vəhşi heyvanlar saxlanılırmış.

image_from_ios__6_ (1).jpg
Vəhşi at

Nazirliyin mətbuat katibi İradə İbrahimova bildirmişdi ki, "Yaşıl Göl" ailəvi istirahət mərkəzində 2 ayı, 2 canavar və 2 meymunun qəfəsdə saxlanıldığına görə akt tərtib olunub. Vəhşi heyvanlar götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına, meymunlar isə zooparka təhvil veriləcək:

“Hazırda restoran sahibi Zöhrab Rəsulov barəsində qanunamüvafiq tədbirlər görülür. Biz nazirlik olaraq, vəhşi heyvanların istirahət mərkəzlərində qəfəslərdə saxlanılmasını pisləyir və vəhşi təbiətin mühafizəsinə öz töhfəmizi verərək bu faktı ictimailəşdirən hər kəsə təşəkkürümüzü bildiririk”.

İsmayıllıdakı “Günəş-Park” İstirahət Mərkəzində heyvan saxlanması ilə bağlı da Meydan TV Ekologiya və Təbii Sərvətlər Nazirliyinə informasiya sorğusu göndərib.İsmayıllının Xanagah kəndində fəaliyyət göstərən “Günəş-Park” İstirahət Mərkəzində vəhşi heyvanlar saxlanır. Bu barədə Meydan TV-yə kənd sakinləri məlumat verib. Ancaq onlar adlarının açıqlanmasını istəmirlər. Çünki həmin istirahət mərkəzinin rəhbərinin rayon polisi ilə münasibətinin yaxşı olduğunu deyirlər:

“Gəlib, bir bəhanə ilə həbs edərlər, lazım deyil. Ancaq orada həqiqətən də vəhşi təbiətə məxsus heyvanlar saxlanılır. Zebra, canavar, ceyran və s. İmkanlı insanlar tez-tez uşaqlarını bura aparır, özləri də oturub yemək yeyirlər. Bu restoranın xüsusilə seçilməsinin səbəbi orada heyvanların olmasıdır”.

Ekoaktivist Cavid Qara bu halın yolverilməz olduğunu söyləyir. Deyir, bu, heyvanları istismar etməklə pul qazanmaqdan başqa bir şey deyil və heç bir qanuna əsaslanmır:

“O heyvanların hər birinin yeri təbiətdir, restoran deyil. Həmin restoranın sahibi sadəcə müştəri cəlb etmək üçün heyvanlardan istifadə edir. Əksər insanlar bura heyvanları görmək üçün gəlirlər”.

image_from_ios__2_.jpg
Maral

Restoranda heyvan saxlanmasına gəlincə, Cavid Qara deyir ki, bəzən bunun üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyindən sənəd alırlar. Həmin sənəd zookolleksiya ilə bağlı olur. Bir növ bu insanlara heyvan kolleksiyası toplamaq üçün izin verilir:

“Ancaq istənilən halda doğru bir şey deyil. Vəzifəsi, pulu olan insanlar belə lisenziya əldə edib, heyvanları istismar edirlər. Əksər hallarda insanlar bu restorana heyvanlarla şəkil çəkdirmək üçün gəlirlər”.

Cavid Qara deyir ki, ümumiyyətlə, 21-ci əsrdə heyvanların zooparklarda saxlanması da doğru deyil. Heyvanxanalar 20-ci əsrin təfəkkürüdür:

“Çünki həmin əsrin əvvəllərində televizor yox idi. İnsanların heyvanları tanıması üçün yaradılmışdı. Ancaq indi televiziyalarda heyvanlarla bağlı min bir cür sənədli filmlər var. Ordan baxmaq mümkündür və belə şeylərə gərək yoxdur. Hazırki dövrdə heyvanların saxlanması istismardan başqa bir şey deyil”.

Cavid Qara deyir ki, Altıağacda heyvanlar üçün reablitasiya mərkəzi var. Orada yaxşı şərait qursalar, insanlar müəyyən vaxtlarda gedib heyvanları görə bilərlər:

“İndiki halda heyvanların yeri restoran deyil, təbiətdir”.

Sakinlərin bildirməsinə görə, “Günəş-Park” İstirahət Mərkəzində 1 meymun, 4 dəvə, 3 maral, 1 zebra, 1 dəvəquşu və başqa heyvanlar saxlanılır.

Cavid Qara deyir ki, restorandakı meymunun bir gözündə problem var, dəvənin biri arıqlığından ayaqüstə dura bilmir:

“Əksər heyvanlar tək qalıblar. Heyvanlar haqqında heç bir məlumat və bələdçi yoxdur, bildiyiniz əsir düşərgəsidir. Kimin pulu və əlaqələri varsa, hansı heyvanı, necə istəsə saxlaya bilərmi? Bu necə tənzimlənir?”

image_from_ios.png
“Günəş-Park” İstirahət Mərkəzində 1 meymun, 4 dəvə, 3 maral, 1 zebra, 1 dəvəquşu və başqa heyvanlar saxlanılır.

Cavid Qara deyir ki, eyni zamanda həmin “Günəş-Park” restoranı meşə fondu ərazisində icarə müqaviləsi ilə fəaliyyət göstərir. Əsaslı tikintiyə icazə olmasa da, əsaslı tikintiyə yol veriblər.

“Günəş-Park” İstirahət Mərkəzinin təsisçisi Ruslan Saleh oğlu Əfəndiyev adlı şəxsdir. İsmayıllıda restoran açsa da özü Bakının Xətai rayonunun sakinidir. Ruxlan Əfəndiyevin məsələyə münasibətini öyrənmək mümkün olmadı.

Bir müddət öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ağstafa rayonunda vəhşi heyvanları qəfəsdə saxlayan restoran sahibini cəzalandırdı. Həmin rayondakı “Yaşıl Göl” adlı restoranda da vəhşi heyvanlar saxlanılırmış.

Nazirliyin mətbuat katibi İradə İbrahimova bildirmişdi ki, "Yaşıl Göl" ailəvi istirahət mərkəzində 2 ayı, 2 canavar və 2 meymunun qəfəsdə saxlanıldığına görə akt tərtib olunub. Vəhşi heyvanlar götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına, meymunlar isə zooparka təhvil veriləcək:

“Hazırda restoran sahibi Zöhrab Rəsulov barəsində qanunamüvafiq tədbirlər görülür. Biz nazirlik olaraq, vəhşi heyvanların istirahət mərkəzlərində qəfəslərdə saxlanılmasını pisləyir və vəhşi təbiətin mühafizəsinə öz töhfəmizi verərək bu faktı ictimailəşdirən hər kəsə təşəkkürümüzü bildiririk”.

İradə İbrahimova İsmayıllıdakı “Günəş-Park” İstirahət Mərkəzində heyvan saxlanması ilə bağlı Meydan TV-yə bildirib ki, bu barədə məlumatlıdılar. Hazırda araşdırma aparırlar və nəticələrlə bağlı ictimaiyyətə məlumat verəcəklər.

image_from_ios__5_.jpg
Ceyran
it.jpg
Heyvanlar haqqında heç bir məlumat və bələdçi yoxdur, bildiyiniz əsir düşərgəsidir.
Ana səhifəBölgə“Restoranlarda heyvan nümayiş etdirmək istismardır”