Xəzər dənizi

Источник: Meydan

Başlıq: Xəzər dənizi

Rəsmi: Xəzərdə dalğanın hündürlüyü 6 metrə çatıb

Статья обновлена:  24 Февраль 2021

Bakıda qarın hündürlüyü 5 santimetrə yaxınlaşır

Fevralın 24-dən Azərbaycana çox soyuq hava kütlələrinin daxil olması nəticəsində hava şəraiti kəskin dəyişib. Respublikanın əksər rayonlarında qar yağıb. Bakıda və Abşeron yarımadasında əmələ gələn qar örtüyünün hündürlüyü 5 santimetrə yaxınlaşıb. Ən çox qar Böyük Qafqazın rayonlarında qeydə alınıb. Burada əmələ gələn qar örtüyünün hündürlüyü yarım metrə çatıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında belə deyilir.

Bildirilib ki, hava şəraiti güclü külək və çovğunla müşahidə olunur:

"Küləyin maksimal sürəti rayonlarda saniyədə 28, Bakıda və Abşeron yarımadasında 25-28 metrə çatıb. Bu da açıq dənizdə dalğanın hündürlüyünün 6 metrə qədər yüksəlməsinə səbəb olub".

Sumqayıt

Sumqayıt

Источник: Facebook

Xidmətdən bildiriblər ki, düşən yağıntının miqdarı Astarada 23, Lənkəranda 15, Mərəzə, Qubada 8, Lerikdə 7, Qəbələdə 6, Xaltanda 5, Sarıbaş (Qax), Oğuz, Şabran, Altıağac, Xaçmazda 4, Qusarda 3, Kişçay (Şəki), Göytəpə, Ağsu, Qrızda 2, Zaqatala, Şəki, Mingəçevir, Yevlax, Cəfərxan, Hacıqabul, Biləsuvar, Yardımlıda 1 millimetrədək olub.

Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarına gəlincə, həmin rəqəm Bakıda 18, Maştağada 16, Binədə 8, Çilov adası, Pirallahıda 2, Neft Daşları, Sumqayıtda 1 millimetrədək təşkil edib.

Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 47, Şahdağda 27, Quba, Daşkəsəndə 18, Lerikdə 16, Qırızda 14, Altıağac, Gədəbəydə 12, Xaltanda 11, Göygöldə 10, Mərəzədə 9, Qusarda 8, Kişçay (Şəki), Ağsuda 7, Maştağada 5, Oğuz, Qəbələdə 3, Astara 2, Göyçay, Yardımlı, Xaçmaz, Şəki, Göytəpədə 1 santimetr olub.

Yasamal rayonu

Yasamal rayonu

Источник: Facebook

Şimal-qərb küləyi əsib, Neftçalada 28, Naftalanda 24, Salyan, Ağstafada 23, Beyləqanda 24, Gəncə, Hacıqabulda 20, Mingəçevir, Tərtər, Tovuzda 18, Sabirabad, Yevlaxda 17, Xaçmaz, Bərdədə 16, Biləsuvarda 15, Maştağada 28, Qum adası, Pirallahı, Neft Daşlarında 25, Bakıda 23, Çilov adasında 21, Binədə 19, Sumqayıtda 18 metr/saniyəyədək güclənib.

Neft Daşları meteorolojı stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 6 metrə çatıb.

Sumqayıt, Binə, Pirallahı, Hacıqabul, Biləsuvar, Kürdəmir, Zərdabda duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4.4-4.9°, Aran rayonlarında 0-3°, dağlıq rayonlarda 3-5°, yüksək dağlıq ərazilərdə 8-12°, Naxçıvan Muxtar Respublikasında 3-8° şaxta olub.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva "Azərtac"a bildirib ki, bu gün respublikada əlverişsiz hava şəraiti davam edəcək: "Fasilələrlə qar yağacaq. Bəzi rayonlarda intensiv olacaq".

O, fevralın 25-i səhər saatlarından prosesin səngiyəcəyini, yağıntıların tədricən kəsiləcəyini deyib.

Sumqayıt

Sumqayıt

Источник: Facebook

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  24 Февраль 2021
Bölmələr:  
Короткие линки:   http://mtv.re/9y9ig6

Самое читаемое