Rəsmi: Teymur Mustafayev koronovirusdan ölüb

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) müğənninin koronavirus səbəbilə həyatını itirdiyini deyib.

Source: Foto: google.az


Müğənninin iyunun 4-də reanimasiyaya yerləşdirildiyi bildirilir

Xalq artisti Teymur Ağaxan oğlu Mustafayev vəfat edib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) müğənninin koronavirus səbəbilə həyatını itirdiyini deyib. Qurumdan “Report"a bildirilib ki, iyunun 4-də "Yeni Klinika" tibb müəssisəsinə 1939-cu il təvəllüdlü Mustafayev Teymur Ağaxan oğlu təcili tibbi yardım maşını ilə evdən ikitərəfli COVID-19 pnevmoniyası, kəskin tənəffüs çatışmazlığı, ağciyər-ürək çatışmazlığı, şəkərli diabet II tip ağır klinik gedişli, hər iki aşağı ətrafın işemiyası diaqnozu ilə ağır vəziyyətdə gətirilib və reanimasiya şöbəsinə yerləşdirilib.

Daxil olan kimi xəstəyə müvafiq müayinələr olunub. Tənəffüs çatışmazlığı və xəstədə hemodinamiki göstəricilərdə pozğunluqlar dərinləşdiyindən təcili intubasiya olunaraq süni ventilyasiya aparatına qoşulub. Həkim infeksionistin təyinatı ilə xəstəyə COVID-19-a qarşı antibakterial, antiviral müalicəyə başlanılıb.

Həkimlərin səyinə baxmayaraq, 11.06.2020-ci il tarixdə 15:30-da bioloji ölüm qeyd olunub.

Ana səhifəMədəniyyətRəsmi: Teymur Mustafayev koronovirusdan ölüb