Penitensiar Xidmət

Источник: Foto: arxiv

Başlıq: Penitensiar Xidmət

Rəsmi: Məhkumların qızdırmadan əziyyət çəkməsi xəbəri yalandır

"300 nəfərin qızdırmadan əziyyət çəkməsi mümkün deyil"

6 və 13 saylı cəzaçəkmə müəssisələrindən yüzlərlə məhkumun qızdırma, baş ağrısı və ürək bulanmasından əziyyət çəkdiyi haqda məlumatlar yayılıb.

Bu barədə keçmiş siyasi məhbus Asif Yusifli də “Facebook” səhifəsində məlumat paylaşıb.

Asif Yusifli yazıb ki, onunla həbsxanadakı dostları əlaqə saxlayıb:

“Verilən məlumatlara görə yüzlərlə dustaq kəskin qızdırma, baş ağrısı və ürəkbulanma ilə müşayiət olunan xəstəlikdən əziyyət çəkir. Tibb mərkəzi “burjuylar”dan boşaldılıb. Hamamın yanındakı kafe xəstəxanaya çevrilib. Amma yenə də xəstələr o qədər çoxdur ki, yataqxananın birinci mərtəbəsini xəstələr üçün ayırmağa hazırlaşırlar. Diqqətinizi ona yönəltmək istəyirəm ki, hökumət bu istiqamətdə təcili tədbirlər görməsə, ən azı cəzasının yarısını çəkənləri azad etməsə, Allah eləməsin peşmançılıq olar”.

Oxşar məlumatı 13 saylı Cəzaçəkmə Müəssisəsindən yazıblar. Adının açıqlanmasını istəməyən məhkumun Meydan TV-yə veridyi məlumata görə, 300 məhbus 39-40 dərəcə istilikdən əziyyət çəkir. Kartof və prima siqaretinin qiymətləri artıb.

Meydan TV deyilənlərlə bağlı Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr üzrə rəsmisi Mehman Sadıqova sorğu göndərib.

Mehman Sadıqov məlumatları təkzib edib və deyilənlərin panika yaratmaq məqsədi daşıdığını bildirib.

Mehman Sadıqov bildirib ki, onlar 13 saylı Cəzaçəkmə Müəssisəsindən kimlərin bu cür yalan məlumatlar yaydıqlarından xəbərdardırlar:

“Biz hər gün müəssisə rəhbərlərindən məhbusların səhhətləri haqqında məlumat alırıq. 300 nəfərin qızdırmadan əziyyət çəkməsi mümkün deyil. Yaxud məhsulların qiymətlərinin artması məsələsi yalandır. Nəğdsiz tələbat malları verilir və məhkumların şəxsi hesabından ödəniş edilir. Biz o cür məlumat yayanları da tanıyırıq, eyni adamlardır”.

Mehman Sadıqov əlavə edib ki, o, martın 26-da 6 saylı Cəzaçəkmə Müəssisəsində olub:

“Asif Yusifli içəridə olmadığı halda bunları haradan bilir? Biz özümüz o qədər tədbirlər görmüşük ki, belə şeyin olmasına yol vermərik. Əgər infeksiya yayılsa, onu gizlətmək mümkün deyil. Belə şeyləri yazıb panika yaradırlar, çünki orda yaxınları olanlar var, onlara təsir edirlər”.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/0iu7qb

Самое читаемое