Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev

Источник: arxiv

Başlıq: Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev

Rəsmi: Ərdoğan Türkiyənin Azərbaycanın yanında olduğunu vurğulayıb

Azərbaycan və Rusiya xarici işlər nazirləri də telefonla danışıb

Sentyabrın 27-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə telefonla danışıb.

Məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.

Bildirilib ki, Türkiyə Prezidenti bu gün Ermənistanın hərbi təxribatı nəticəsində Azərbaycan mülki şəxslərinin və hərbi qulluqçularının həlak olması ilə əlaqədar İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verib.

Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyə Azərbaycanın yanındadır:

“Prezident İlham Əliyev bu gün cəbhə xəttində Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı nəticəsində baş verən hadisələrin gedişi barədə məlumat verib. Dövlət başçıları dost və qardaş Azərbaycanla Türkiyə arasında münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər”, deyə mətbuat xidməti qeyd edib.

Bu gün Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu və onun rusiyalı həmkarı Sergey Lavrov arasında da telefon danışığı olub.

Bu barədə SİTA məlumat yayıb. Bildirilib ki, nazirlər Azərbaycan-Ermənistan arasındakı vəziyyətin gərginləşməsini müzakirə ediblər.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/wczmr6

Самое читаемое