Источник: Meydan tv

Rəsmi: Bu ilin 6 ayında 148 qadın məişət zorakılığına məruz qaldığı üçün kömək istəyib

Vəkil: “Az qalıram təklif edim ki, qadın öldürmə Cinayət Məcəlləsinə yumşaldıcı hal kimi salınsın”

Ailə, Qadın və Uşaq və Problemləri üzrə Dövlət Komitəsi 2021-ci ilin ilk 6 ayında onlara edilən müraciətlərin sayını açıqlayıb.

Qurum bildirir ki, 6 ay ərzində 1 718 vətəndaş müraciəti, 664 xidməti məktub alıblar.

“Vətəndaş müraciətlərinin 384-ü məhkəmə qərarlarının icra edilməməsi, 148-i məişət zorakılığı, 116-sı müalicə və müayinə olunmaqda kömək istəyi, 98-i müxtəlif yönümlü sosial müavinətlərin, yardımların, təqaüdlərin alınması ilə bağlı olub”.

Komitə əlavə edir ki, məişət zorakılığı ilə bağlı daxil olan 148 müraciət üzrə yerli icra hakimiyyəti orqanlarından 86 cavab məktubu alıblar:

“Müraciətlərlə bağlı lazımi tədbirlər görülüb. Yerli icra hakimiyyətlərinin gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları ilə işçi qaydada əlaqə saxlanılıb. Məişət zorakılığından zərərçəkənlər üçün qeyri-dövlət yardım mərkəzlərinin sığınacaqlarında yerləşdirilmiş şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı Dövlət Komitəsi qurumlararası əlaqələndirməni həyata keçirib və onların müdafiəsinin təşkili məqsədilə aidiyyəti qurumlar qarşısından məsələ qaldırıb”.

Sonda bildirilir ki, 2021-ci ilin ilk 6 ayında məişət zorakılığından zərər çəkmiş 22 şəxslə bağlı müraciətlərə baxılıb.

Qadın hüquqları müdafiəçiləri daim açıqlamalarında Azərbaycanda məişət zorakılığı ilə bağlı hallarda aidiyyatı qurumların işlərini lazımi şəkildə görmədiyini bildirirlər. Onlar məişət zorakılığı zəminində baş vermiş ölüm hallarında dövləti günahkar sayırlar. 

Gender aktivisti Gülnara Mehdiyeva deyir ki, təkcə 2021-ci ilin iyul ayında Azərbaycanda 9 qadın ya əri, ya da sevgilisi tərəfindən öldürülüb. Onun sözlərinə görə, əgər aidiyyatı qurumlar bu yönlü şikayətlərə vaxtında reaksiya versələr və lazımi tədbirlər görsələr, hadisələrin sonu ölümlə nəticələnməz.

Hüquqşünas Zibeydə Sadıqova isə düşünür ki, Azərbaycanda qadın qətlləri zamanı verilən cəzalar da yüngüldür. Deyir, xüsusi amansızlıqla törədilmiş qətlə sadə adam öldürmədə olduğu maddə ilə cinayət işi açılır. Onun fikrincə, belə hallar bu cinayətlərin sayını azaltmır, əksinə, yüngül cəza və ya cəzasızlıq vəziyyəti ağırlaşdırır:

“Az qalıram təklif edim ki, qadın öldürmə Cinayət Məcəlləsinə yumşaldıcı hal kimi salınsın. Çünki verilən cəzalar kifayət qədər yüngül olur. Məsələn, kişi arvadını döyüb, sonra 7 bıçaq zərbəsi ilə öldürüb, amma cinayət işi sadə adam öldürmə kimi qiymətləndirilib. Mənə maraqlıdır, görən, xüsusi amansızıqla öldürmə necə olur? Yoxsa, bu ancaq kişi ölümünə aiddir?”

Ötən ay Baş Prokurorluq Azərbaycanda 2021-ci ilin ilk 6 ayında öldürülən qadınların statistikasını açıqladı.

6 ay ərzində 33 qadın qəsdən öldürülüb.

Prokurorluğun yaydığı müraciətdə bildirilir ki, qadınlara qarşı psixi və fiziki zorakılıq sağlam cəmiyyət üçün ciddi təhdiddir: “Təəssüflər olsun ki, təkcə bu ilin I yarımili ərzində baş verən qəsdən adam öldürmə cinayətləri nəticəsində 33 qadın zərər çəkib. Qadınlara qarşı zorakılıqla mübarizədə ən böyük maneə susmaqdır”.

Müraciətində qeyd olunur ki, insanlar bu baxımdan susaraq cinayətə ortaq olmamalıdır:

“Qadına qarşı zorakılıq halları ilə üzləşdikdə dərhal Baş Prokurorluğun “961" Çağrı Mərkəzinə müraciət edin”, – deyə Baş Prokurorluq bildirib.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/9kdorx

Самое читаемое