Rekord sayda namizədin iştirak edəcəyi parlament seçkilərinin statistikası

Təbliğat kampaniyası 21 gün davam edəcək və fevralın 8-də seçkilərə 24 saat qalmış bitəcək.

Source: Meydan TV


Deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyası başlayıb

Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyasına start verilib.

Seçkilərdə ən çox namizəd hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb, 123 nəfər. Bu barədə YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev Meydan TV-yə deyib. O, qeydə alınma prosesində heç bir problem yaşanmadığını söyləyib:

Müsavat Partiyası 59 dairədən 63 namizədlə seçkiyə qatılıb. Partiyanın Seçki Qərargahının sədri Gülağa Aslanlı 4 dairədə 2 namizədlə yarışacaqlarını deyib. O, bunun heç bir problem yaratmayacağını əlavə edib:

“Həmin namizədlərin sona qədər seçkidə iştirakı öz istəkləri ilə prosesin gedişində həll olunacaq”.

“ReAL Cümhuriyyətçilər İttifaqı” 31 namizədlə seçkilərə qatılır. Partiyanın sədri İlqar Məmmədov və üzvləri Rəsul Cəfərov, Zaur Qurbanlı seçkilərə buraxılmadı.

“Hərəkət Seçki Bloku” 18 nəfərlə seçkilərə qatılsa da, 16-nin namizədliyi qeydə alındı. Amma blokun təmsilçilərindən Azər Qasımlı təbliğat kampaniyası zamanı başqa namizədləri də dəstəkləyə biləcəklərini deyib.

30 nəfər Demokrat Partiyasından namizədliyini irəli sürsə də, 10 nəfəri qeydə alınıb. Bu barədə partiya sədrinin müavini Taliyyət Əliyev deyib.

Ana Vətən Partiyasından 62 nəfər namizəd olmaq üçün sənədlərini DSK-lara təqdim etmişdi, amma 14 nəfərin namizədliyi qeydə alındı. Ümid Partiyasından 80-dən çox şəxs namizədliyini irəli sürsə də, onlardan 21 nəfəri qeydə alındı. Müasir Müsavat Partiyasının 8 nəfər üzvündən 5-i qeydə alınıb. Azərbaycan Milli İstiqlal Partiyası isə 9 nəfərlə seçkilərə qatılacaq, halbuki, 16 nəfər namizədliyini irəli sürmüşdü.

MSK-nin son məlumatına görə, 1623 nəfərin namizədliyi qeydə alınıb. Bu, Azərbaycanda son 15 ildə keçirilən parlament seçkilərində rekord sayılır.

Təbliğat kampaniyası 21 gün davam edəcək və fevralın 8-də seçkilərə 24 saat qalmış bitəcək.

Növbəti parlament seçkiləri 2020-ci ilin noyabrında keçirilməli idi. 2019-cu il dekabrın 2-də də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasından olan deputatların təşəbbüsü ilə Milli Məclis onun buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət edib. Dekabrın 5-də prezident növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Ana səhifəSiyasətRekord sayda namizədin iştirak edəcəyi parlament seçkilərinin statistikası