Zümrüd Yağmur

Источник: Meydan TV

Başlıq: Zümrüd Yağmur

Ramiz Mehdiyev və yepiskopun şamdanları

Ramiz Mehdiyev faktoru görünür ki, kabus kimi hakimiyyətin başının üstündə dolaşır

Tovuz sərhəddində iki günlük atışmadan sonra Bakıda başlamış “siyasi atışma” səngimir. “Erməni bizim düşmənimizdir” deyimi ilə başlayan davanı paytaxtda “siyasi yorğan” davasına çevirib AXCP üzvlərini həbs edirlər. Artıq 43 nəfər həbsdədir və onların başına nə gətirilib, nə baş verir, kimsə dəqiq məlumata sahib deyil.

Ümumən, İlham Əliyev niyə birdən-birə “bu dəfə hər şey bitəcək” deyib yumruğunu stula çırpdı?

İlham Əliyevin səbrini nə daşırdı?

Hiss olunur ki, Prezident isterik durumdadır. Birdən-birə “cəhbəçi ovu”nun vüsət alması istər-istəməz sual doğurur?

Yəni doğrudan da, İlham Əliyev inanır ki, AXCP ölkədə hakimiyyət çevrilişi edəcək, onu taxtdan devirib hakimiyyətə sahiblənəcək?

Əgər belədirsə, buna onu necə, kim, niyə inandırıb?

Reallıq budur ki, AXCP illərdir siyasi təşkilat olaraq xalqın kütləvi şəkildə meydana çıxmasını təmin edə bilməyib. Bunun obyektiv və subyektiv səbəblərinə girmədən davam etsək, ortaya çıxan mənzərə budur. Əgər bu təlaş deyildiyi kimi, pandemiya sonrası baş verəcək sosial partlayışa hazırlıqdırsa, AXCP olmadan və ya indikindən on qat zəif olmuş olsa da, o partlayış olacaq. Çünki o partlayışın nüvəsi AXCP deyil, məhz elə hakimiyyətin yarıtmaz siyasətidir.

İkinci tərəfdən, lap tutaq ki, sosial partlayış baş verdi. AXCP siyasi meydanda olmasa, bu ölkədən bir qüvvə ortaya çıxıb o kütləni idarə edə bilməyəcək? Yəni bu toplum o qədər qısırdı? 70 il SSRİ-nin tərkibində olan, “SSRİ mənim vətənimdir” ütüsündən keçən bir xalq hər şeyə rəğmən Topxanada qırılan 3 ağaca görə meydana çıxanda məgər o kütləni idarə edəcək kimsə tapılmadımı ki, indi o tribuna boş qalsın?

Ramiz Mehdiyev və yepiskopun şamdanları

Ramiz Mehdiyev faktoru görünür ki, kabus kimi hakimiyyətin başının üstündə dolaşır və bu “kabus”un son açıqlaması kifayət qədər maraqlıdı. Bir tərəfdən cəhbəçilər həbs olunur, digər tərəfdən də Ramiz Mehdiyev yazıyla çıxış edib “ daxildəki siyasi qüvvələrə qarşı mübarizənin dövlətçiliyə ziyan vurduğunu” qeyd edir.

Dünənə qədər elə o “daxili qüvvələrin” həbs edilməsinin ssenari müəllifi olan Ramiz Mehdiyevin birdən -birə “daxili düşmənlərin” təəssübkeşi kimi çıxış etməsi beyinləri qarışdırır, həm də sual işarələri yaradır. İlk baxışdan və birbaşa alınan mesaj o olur ki, həə, sən demə, doğrudan da, Əli Kərimli Ramiz Mehdiyevlə sövdələşməyə gedib!

Amma bu birbaşa girişdi. Çünki az soyuqqanlı düşünəndə anlamağa başlayırsan ki, əgər belədirsə də, Ramiz Mehdiyev müxalifətdəki müttəfiqini niyə bu qədər açıq mesajla hakimiyyətə və cəmiyyət “satır”?

Əgər Əli Kərimli ilə sövdələşmə varsa, bunu həm cəmiyyətdən, həm də hakimiyyətdən saxlamağa çalışmalıdır axı.

Hakimiyyətdən saxlamalıdır ki, Əli Kərimlini hakimiyyətin qəzəbindən qorusun.

Cəmiyyətdən də saxlamalıdır ki, Əli Kərimlinin mübarizəsinin səmimiliyinə xələl gəlməsin.

O zaman Ramiz Mehdiyev niyə belə edir?

Yoxsa birdən- birə başının üstündə yepiskopun şamdanlarını hiss edib və bu aylar ərzində AMEA-da “siyasi inzivaya” çəkilərək haqq yoluna gəlib?

Xatırlayırsınızsa, “Səfillər” əsərində Jan Valjan yepiskopun şamdanlarını oğurlayıb polisə yaxalananda yepiskop şamdanları ona bağışladığını deməklə keçmiş katorqaçının “kirli” ruhunu “satın” alıb təmiz şəkildə geri vermiş olur.

Ehtimal ki, Ramiz Mehdiyev Azərbaycan xalqından oğurladığı sərvətlərlə yaxalanıb o sərvətin sahibində bəraət almaq yerinə, daha qısa yol seçib.

Hər üç tərəfin, xalq, müxalifət və hakimiyyətin zəif yerini çox yaxşı bildiyindən, hər nə qədər yazısında dövlət idarəçiliyinin qumar oynamaq olmadığını desə də, eyni şəkildə elə siyasi qumar masasında açıq kartla oynayır.

Ramiz Mehdiyev xalqdan iki-üç cümlə ilə,”eşq olsun” bəraəti ala bilməyin illər ərzində mümkünlüyünü görüb və yəqin ki, toplumun balıq hafizəsinə “stavka” qoymaq istəyir.

Bir-iki “haqqa gəlmə” cümləsi ilə bunun mümkünlüyünü sübut edəcək kifayət qədər nümunələr var. Yusif Sərracların qurban verildiyi dünyada, bu, ən qısa və sınanılmış, eyni zamanda primitiv yoldu. Dünən fərman verən bu gün baş ustündə qəhrəmana çevrilir və kütlə də bunu sevə-sevə həyata keçirir, hətta ən səmimi və gerçək sevdalıları ayaq altına alaraq…

Bunu Elçibəy və Heydər Əliyev nümunəsində yaşamışıq.

Biz Heydər Əliyevin 60-70 –ci illərdə Azərbaycana vurduğu yaraları titrək səslə deyilmiş bir-iki sözə uyub sarımış xalqıq.

İkinci, Ramiz Mehdiyev hakimiyyət ehtirasını tatmin etmək üçün hələ də siyasət meydanındadır və bundan sonra da ölkəyə “rəhbərlik” edəcəyinə inandığından ona baş ağrısı verəcək müxalifətin də elə İlham Əliyevin əli ilə (özü də təəssübkeş rolunda çıxış edərək) sıradan çıxarılması üçün yandırılan tonqalın altına, necə deyərlər, odun daşıyır.

Ya da bəlkə İlham Əliyevə o mesajı verir ki, mənə daha “bərkdən” toxunsanız, müxalifətlə, dünənə qədər daxili düşmən bildiklərimlə dostlaşıb sizə qarşı cəhbə açaram.

Müxalifətlə belə bir ittifaq mümkündürmü, sualısa açıq qalır. Ölkədə siyasi durum o qədər “kəpənək effektli”dir ki, nəyin nə zaman kimin xeyrinə dəyişəcəyini proqnozlaşdırmaq çox çətindir.

Çünki Azərbaycan çoxdandır məntiqə əsaslanan proqnozlar vermək hardasa mümkünsüz olub.

Həbslər sosial partlayışların qarşısını ala bilər?

Ortada ən böyük fakt odur ki, ölkədə xaos var. Pandemiya idarəçiliyin bütün boşluq və yarıtmazlığını elə üzə çıxarıb ki, daha krala paltar tikmək hardasa imkansızdır. Hardan tikiş vursan, ordan da süzülüb sökülür. Bu gerçəyi anlayanlar görünür iynəni dəyənək, dərzini də polislə əvəz etməklə krala, necə deyələr yeni libas tikmək istəyir.

Amma həbslərlə baş verə biləcək xaosun qarşısını kəsmək mümkün olmayacağı kimi, belə gedərsə krala da yeni libas tikmək mümkün olmayacaq. Çünki dediyim kimi, sosial partlayışların yaradıcısı və ssenari müəllifi müxalifət deyil, məhz elə kral və dərziləridir.

İslahatlara getməyə siyasi iradə yoxdur. Bundan həm qorxurlar, həm də artıq xəstəlik halını alıb, koronavirusdan da qorxulu olan talamaq mərəzindən xilas olmaq hardasa mümkünsüz olub. Əlləri oğurlamağa alışıb. Pis tərbiyə almış uşaq kimi vəzifə kürsüsü birmənalı olaraq xidmət üçün deyil, talamaq üçün istifadə olunur.

Bu üzdən ya kral bundan sonra “çılpaq gəzməyə” razı olmalıdır, ya da özündə siyasi iradə tapıb “təğyiri-libas” olub insanların nə istədiyini öyrənib, buna uyğun davranmalıdır.

Ya da bəlli son!

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/z7w1qu

Самое читаемое