Seymur Həzi

Источник: Foto: Meydan TV

Başlıq: Seymur Həzi

Qondarılmış seçki və dünya

İşğalın yaratdığı fəsada beynəlxalq birlik nə deyir?

31 mart dünya azərbaycanlılarının soyqırımı günündə qondarma Qarabağ rejimi növbəti “seçki”lərini keçirdi. Əvvəlcə, niyə seçki sözünü dırnaqda yazdığımız barədə. Məsələ burasındadır ki, beynəlxalq birliyin qeyd-şərtiz Azərbaycan ərazisi kimi tanıdığı bölgədə seçki keçirmək həmin beynəlxalq birliyin-başlıca olaraq BMT-nin prinsiplərinə, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasına ziddir. Azərbaycan Respublikası unitar respublikadır və onun mərkəzi icra və qanunvericilik hakimiyyətlərinin qərarları olmadan heç bir ərazisində ayrıca seçki və ya ümumi səsvermə keçirilə bilməz. Üstəlik bu səsvermə başqa bir ölkənin iştirak etdiyi silahlı yolla Azərbaycanın suverenitetindən çıxarılmış ərazilərdə baş verirsə, bunun Azərbaycanın ərazi bütövlüyünü tanıyan beynəlxalq birliyin nəzdində hər hansı hüquqi və ya siyasi legtimliyi ola bilməz. Başqa tərəfdən isə bu regiondan olan rəsmi rəqəmlərdə 1 milyona yaxın azərbaycanlı yurd-yuvasını tərk edib və onlar həmin səsvermədə iştiak etmirlər. Ona görə də qondarma rejimin keçirdiyi istənilən səsvermə seçki adlandırla bilməz. Biz isə bu prosesə sadəcə növbəti siyasi addım kimi qiymət verməyə çalışacağıq. Yəni təhlilimizin obyekti qətiyyən hansısa seçilmişlik və ya seçilməmişlik durumu deyil. Biz birbaşa Ermənistanın nəzarətində olan torpaqlarımızda baş verən qeyri-qanuniliyin iki ölkə arasındaki işğal sorununun həllinə necə təsir edəcəyini araşdırmağa və beynəlxalq birliyin bu məsələyə münasibətinə işıq tutmağa çalışacağıq.

Dünya nə deyir?

İlk sərt reaksiya Türkiyədən gəldi. Türkiyə Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyətə yazılı müraciət edərək bildirib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində keçirilən seçkiləri tanımasınlar. Türkiyənin diplomatoya idarəsinin bəyanatında bildirilir ki, bu “seçkilər” BMT Təhlükəsizlik Şurasının, habelə ATƏT-in prinsiplərinə ziddir. Türkiyə Respublikası münaqişənin əvvəlindən Azərbaycanla bir mövqedən çıxış edib və Azərbaycan Respublikasının ərazilərini işğal etdiyi üçün Ermənistanla sərhədlərini bağlayıb, diplomatik əlaqələrini kəsib. Azərbaycan üçün bu mühüm münasibıtdir. Çünki dünya hər zaman özünün elan etdiyi prinsiplərə sahib çıxmır. Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyi də təəssüflər olsun ki, hər zaman layiq olduğu dəstəyi görmür. Əlbəttə, burada Azərbaycan hakimiyyətinin yürütdüyü siyasətin də rolu var. Xüsusilə, ölkə daxilində hüquq və azadlıqların boğulmasının aradan qalxmasına uzun illər Qarabağ münaqişəsini əsas maneə kimi göstərmək hökumətin niyyətini beynəlxalq birlikdə şübhə altına alıb və bu məsələdə Azərbaycana olan dəstək hər zaman aşımında azalıb.

AB mövqe bildirdi

Avropa İttifaqının mətbuat katibi qurumun mövqeyini yayıb. Yerli mətbuatda əksini tapmış bəyanatda deyilir: “31 mart 2020-ci il tarixində Dağlıq Qarabağda qondarma “prezident və parlament seçkilərini” nəzərə alaraq, Avropa İttifaqı təkrar bildirir ki, o, onların keçirildiyi konstitusiya və hüquqi çərçivəni tanımır. Bu tədbir Dağlıq Qarabağın gələcək statusunun müəyyən edilməsinə və ya cari danışıqlar prosesinin nəticələrinə heç bir xələl gətirə bilməz”.

Bu o deməkdir ki, Avropa İttifaqı orada seçki adıyla təqdim edilən prosesi tanımadığı kimi həmin prosesin nəticələri də birlik üçün heç bir mahiyyət kəsb etmir və əvvəlki mövqeyin qorunub saxlanmasına təsiri yoxdur. Avropa İttifaqı dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən açıq bəyanatlarla çıxış edib. Bu bəyanatlar həm sülhün, həm də Azərbaycanın ərazi bütövlüyünün vacibliyinə önəm verib. Sonuncu bəyanatın ikinci hissəsində isə deyilir: “Avropa İttifaqı status-kvodan kənarda, hərtərəfli və davamlı sülh istiqamətində əhəmiyyətli danışıqlardan kənarda tərəqqinin əldə edilməsi üçün ATƏT-in Minsk qrupunun və xüsusilə də onun həmsədrlərinin göstərdikləri cəhdləri qəti şəkildə dəstəklədiyini xatırladır. Aİ Dağlıq Qarabağ münaqişəsinin erkən və sülh yolu ilə həllinə yönəlmiş cəhdləri dəstəkləməyə davam etməyə hazırdır”.

Rusiya hələ ki susur

BMT hər belə qeyri-qanuni prosesə münasibətini bildirib. Bu dəfə də özünün prinsiplərinə sadiqliyini ifadə edəcəyi şübhə doğurmur. Bununla belə, Rusiya illərdir “Qarabağ” adlı respublikanı rəsmən tanımadığını bəyanlasa da, bu yazı hazır olana kimi hər hansı rəsmi mövqeyi ifadə edilməmişdi. Ümid edirik ki, hazırki böhran şəraitində Rusiya beynəlxalq birliyin həssas olduğu daha bir məsələdə özünə və regiona zərbə olacaq qərarla çıxış etməz. Bu, həm də onun Minsk Qurupu həmsədri kimi mövqeyinə zərbə olardı.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/sdqkyu

Самое читаемое