Qiyas İbrahim: Dedilər ki, prezidenti niyə təhqir edirsən? (yenilənir)

Əfv sərəncamına düşən növbəti şəxs yeni həbs təhlükəsində olduğunu bildirib

Source: meydan tv

17.49. Qiyas İbrahim Bakı Baş Polis İdarəsindən çıxıb.

O, jurnalistlərə bildirib ki, idarədə Bayram Məmmədovun həbsi ilə bağlı statusunda "debil Əliyev" yazması və prezidenti diktator adlandırmasını təhqir sayıblar:

"Mən cavab verdim ki, məhz prezident Əliyevi təhqir etdiyimi sübut edin, amma onlar fikirlərinin üstündə qaldılar. Hesab edirəm ki, bu profilaktik söhbət idi. Ona görə vəkili görüşə buraxmadılar. Açıq dedilər ki, ağsaqqala qarşı belə etmə, sabah onun hansısa fanatiki sənə hücum edə bilər. Güman ki, məni qoruyurlar. Bir sözlə, məsləhət gördülər ki, ağıllı ol".

Vəkil Z.Sadıqova deyib ki, dindirməyə onu yox, Qiyas İbrahimin anasını buraxıblar:

"Mənə bildirdilər ki, cinayət işi olmadığı üçün sizin iştirakınıza ehtiyac yoxdur. Sadəcə, profilaktik söhbət olacaq".

***

16.50. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov

BBC News Azərbaycanca

ya deyib ki, Qiyas İbrahimin polisə dəvət olunmasında təhlükəli heç nə yoxdur:

"Prezidentin əfv sərəncamı ilə azadlığa çıxmış hər kəs ərazi polis orqanlarına dəvət olunur və onlarla fərdi söhbət aparılır, qayda-qanun izah olunur.

Polis idarəsinə çağırış vərəqəsində səbəbin olmaması sualına cavab verən Ehsan Zahidov deyib ki, "burada təhlükəli heç nə yoxdur. Onunla söhbət aparılacaq və evə buraxılacaq".

***

16.45. Qiyas İbrahim, anası Şura Əmiraslanova və vəkili Zibeydə Sadıqova Bakı Baş Polis İdarəsinə daxil olub.

***


16.19. Sahə müvəkkili Qiyas İbrahimə bildiriş təqim etdiyi üçün o hazırda Bakı Baş Polis İdarəsinə gedir.

***


Əfv sərəncamına düşən növbəti şəxs yeni həbs təhlükəsində olduğunu bildirib

Prezident İlham Əliyevin martın 16-da imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılan Qiyas İbrahimi Nizami Rayon Polis İdarəsinə çağırıblar.

image_from_ios (1).jpg
Polis İdarəsi

Bu barədə rayon Polis İdarəsinin rəisi Qiyas İbrahimin anası Şura Əmiraslanovaya zəng edərək, deyib.

Məlumatı Q.İbrahim sosial şəbəkədə paylaşıb.

“Bakı Baş Polis İdarəsindən anamın telefonuna zəng etmişdilər. Məni idarəyə çağırırlar. Daha sonra Nizami rayon polis rəisi zəng vurub, ora gəlməyimi xahiş etdi. Ardınca sahə müvəkkili zəng etdi, danışmaq istədiyini dedi. Səbəb “Facebook”dan yazdığım statuslardırsa, qanunu pozmadığım məlumdur. Qanun çərçivəsində buyurub danışsınlar”.

Daha sonra Qiyas İbrahimov “Facebook” sosial şəbəkəsində yazıb ki, 25-ci bölmə rəisi evə gəlib bizi bayıra çıxarmağa çalışırlar.

(embedded content removed)

“Dirəşiblər ki, çölə gəlin. Bir nəfər deyil gələnlər. Məni zorla çağırırlar ki, baş polis idarəsinə gəl. Polislər qanunsuz tələblər edirlər evimizdə, evə girmirlər, amma məni təkidlə çağırırlar ki, bayıra gəl, çıxsam aparacaqlar çox güman”.

Qiyas İbrahim və Bayram Məmmədov 2016-cı ildə mərhum prezident Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək!” şüarı yazdıqdan sonra narkotik ittihamıyla həbs olunublar. Onlar 10 il azadlıqdan məhrum edilmişdi.


Bayram Məmmədov

aprelin 30-da saxlanılaraq 30 sutka inzibati cəza alıb.

Ona Binəqədi müvəqqəti saxlanma təcridxanasında işgəncə verildiyi bildirilir.

Ana səhifəXəbərlərQiyas İbrahim: Dedilər ki, prezidenti niyə təhqir edirsən? (yenilənir)