Источник: Meydan TV

Qazi: “Cənab prezident, xahiş edirəm, qazilərin problemlərini nəzarətə götürün“

Qazi: “Cənab prezident, xahiş edirəm, qazilərin problemlərini nəzarətə götürün“

Qazi: “Prezidenti eşidən yoxdur”

Nəsimi Dadaşlı hər iki Qarabağ müharibəsində iştirak edib. İkinci qrup üzrə əlillik dərəcəsi var. O, 30 ilə yaxındır ki, ailəsi ilə birgə kirayədə yaşayır.

“Ailə, külfət... Uzun müddətdir ki, biz qalmışıq kirayələrdə. Yəni 12 sot torpaq düşür mənə, torpaq payımı niyə vermirsən, ay icra başçısı, ay bələdiyyə“, - qazi deyir.

Nəsimi Dadaşlı yaşayış şəraitinin yaxşılaşdırılması üçün dəfələrlə Sosial Müdafiə Nazirliyinə, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovaya, Prezident Aparatına və şəxsən prezident İlham Əliyevə məktublar yazsa da, hamısı cavabsız qalıb.

Nəsimi Dadaşlı deyir ki, Abşeron rayonu ərazisində bələdiyyənin və icra hakimiyyətinin razılığı ilə birotaqlı ev tikib. Yaxın günlərdə kirayədən çıxmağı planlaşdırsa da, aprelin 25-də gecə saatlarında tikili naməlum şəxslər tərəfindən sökülüb:

“Bütün o daşı, qumu, sementi mənim qazi qardaşlarım, Qarabağ əlilləri alıb, kömək etmişdilər. Bir otaq tikmək üçün mənə dəstək olmuşdular. Özünüz də, şahid olursunuz ki, indi yaşadığım ünvanda bütün bizim əşyalarımız, evin mebelləri - hamısı sökük vəziyyətdədir. Biz burdan təcili köçməliyik”.

Meydan TV Abşeron Rayon İcra Hakimiyyətindən məsələyə münasibət öyrənə biməyib.

“Prezidenti eşidən yoxdur. Belə görünür. İcra hakimiyyətləri, nazirlər prezidenti eşitmirlər. Çox haqsızlıqdır”.

Qarabağ qazisi hazırda işsizdir. 3 övladı var. Deyir ki, ən çox onların evsiz qaldığına görə narahatdır:

“Çətin, işsizliyin bu ağır vaxtında borc-xərclə yaşayırırq, dolanışığımız çətindir”.

Nəsimi Dadaşlı məsələnin araşdırılması üçün daxili işlər naziri Vilayət Eyvazova və Prezident İlham Əliyevə müraciət edir:

“Cənab prezident, qazilərin ümumi problemləri, çətinlikləri var. Xahiş edirəm, bununla yaxından tanış olun, nəzarətə götürün”.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/k3fbo6

Самое читаемое