Nəzakət İbadova

Источник: Meydan TV

Başlıq: Nəzakət İbadova

Qazi anası: İki nəvəm soyuqdan, şəraitsizlikdən öldü

Nəzakət İbadova evi yanandan sonra ailəsinin kirayələrdə qaldığını deyir

“Evimiz yanandan sonra başımıza çox işlər gəldi. Qapılarda qaldıq, soyuq, şəraitsiz yerlərə sığındıq. İki azyaşlı nəvəm elə şəraitsizlikdən, soyuqdan öldü... Xəstəlik tapdılar, müalicə etdirməyə pulumuz olmadı. Oğlum orda-burda fəhləlik edib qəpik-quruş qazanırdı, qazancı uşaqların müalicəsinə çatmırdı. Qonşulardan borc alıb Bakıya xəstəxanalara aparıb-gətirirdik. Müalicələrinə pul tapmadıq, əvvəl biri, sonra o biri əlimizdən getdi... Kişik qızın 1, böyük qızın 4 yaşı vardı...”

Bunu Meydan TV-yə İsmayıllının Güyüm kənd sakini Nəzakət İbadova deyir. İbadovların Güyümdəki evi 6 il əvvəl tamamilə yanıb. O gün – bu gün ailə gah qohum evinə sığınıb, gah vaqona, gah kirayələrə... Nəzakət xanım deyir, ötən 6 il ərzində rəsmi qurumlara bütün müraciətləri cavabsız qalıb.

“Daşdan səs çıxır, məmurlardan yox...”

“İsmayıllının dövlət qurumlarından tutmuş Bakıya qədər hər yerə yazmışam. Yazmışam ki, uşağın biri soyuqdan xəstəlik tapıb öldü, heç olmasa bundan nəticə çıxarın, insafa gəlin, bizə kömək edin... Daşdan səs çıxdı, məktub yazdığım yerlərdən səs çıxmadı. Bir az keçdi, ikinci uşaq da soyuqdan xəstəlik tapıb öldü, yenə yazdım. Yazdım ki, ikinci nəvəm də öldü, ay məmurlar, hərəkətə gəlin. Yenə daşdan səs çıxdı, məktub göndərdiyim qurumlardan yox. İndi bir nəvəm qalıb, o da yarımcan. Gözləyirlər ki, o da ölsün, üçüncü məktubu yazım”, - Nəzakət İbadova deyir.

“Ailənin yükünü, dərdini daşıya bilmirəm”

Ana ağlayır, deyir, həm yaralanıb gəlmiş oğlunun müalicəsi, həm ailənin dolanışığı, həm də yanğından sonra özgə qapılarda yaşadıqlarına ürəyi tab gətirmir:

İsmayıllı Rayon İcra Hakimiyyətinin cavabı

İsmayıllı Rayon İcra Hakimiyyətinin cavabı

Источник: Meydan TV

“İndi ailədə 4 nəfərik, gözümün ağı-qarası olan, balalarının faciəsiylə yaşayan oğlum, gəlinim, bir nəvəm və mən... Oğlum sentyabrda İkinci Qarabağ Müharibəsinə aparıldı, ayaqlarından yaralandı, Papanindəki hospitalda yatdı, sonra evə buraxıldı. Nə sığortası ödənildi, nə bir yardım olundu. İndi də əmək fəaliyyəti ilə məşğul ola bilmir. İkimərtəbəli evin zirzəmisində aylıq 100 manat ödəməklə kirayədə qalırıq. Uşaq müharibədə olanda evin pulunu ödəyə bilmirdik, ev sahibi bizi çıxarmaq istəyirdi, oğlum xəbər tutdu, ordan zəng vurdu, ev sahibiylə danışdı ki, mən müharibədəyəm, köməksiz yaşlı qadını, gənc gəlini, körpə uşağı necə çölə atmaq olar? Heç indi də işıqpulunu, qazpulunu ödəyə bilmirəm, kirayəni hissə-hissə ödəyirəm. Yarımcan vəziyyətdə olan oğlumun da, ailəsinin də yükünü 240 manat maaşla təkbaşına çəkirəm. Həm ev kirayəsi, həm ailənin qayğıları, həm evimiz yanandan sonra yaşadığımız travmalar... Müharibədən əvvəl oğlum orda-burda günəmuzd fəhləlik edib, evə 3-5 manat gətirirdi, heç olmasa ac qalmırdıq, o da yaralanıb gəldi, yük düşdü tək mənim çiynimə. Gəlinim də, nəvəm də soyuqdan xəstəlik tapıb, göndərmişəm anasıgilə, baxmağa gücüm çatmır. Yaşlı, xəstə adamam, mənə bütün bu yük çox ağır gəlir”.

İbadovların arzusu bir evdir, amma...

Nəzakət xanımın istədiyi odur ki, yanmış evinin yerində yenisi tikilsin, onsuz da çox faciələr yaşamış ailənin bir ocağı olsun. O, buna görə müxtəlif qurumlara, Birinci vitse-prezident Mehriban Əliyevaya yazıb. Yazdığı məktublar İsmayıllı Rayon İcra Hakimiyyətinə göndərilib ki, araşdırılıb tədbir görülsün, qurumdansa səs-səmir yoxdur.

İcra hakimiyyətindən Meydan TV-yə bildirilib ki, qurumun mənzil fondu olmadığına görə İbadovlara kömək edə bilmirlər. Gələcəkdə belə imkan olarsa, ailəyə mütləq kömək ediləcək.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/otqzjp

Самое читаемое