Qasım-Jomart Toqayev və Nursultan Nazarbayev

Источник: google.az

Оглавление: Qasım-Jomart Toqayev və Nursultan Nazarbayev

Qazaxıstanda Toqayevin qələbəsi rəsmi olaraq elan edildi

Toqayev səslərin 70,96 faizini toplayıb

Qazaxıstan Mərkəzi Seçki Komissiyası (OSK) ölkədə keçirilmiş 9 iyun prezident seçkilərinin rəsmi nəticələrini açıqlayaraq, müvəqqəti prezident kimi fəaliyyət göstərən Qasım-Jomart Toqayevin böyük səsçoxluğuyla qələbə qazandığımı elan edib, - Azadlıq Radiosu xəbər verir.

Seçki Komissiyası iyunun 11-də elan edib ki, keçmiş prezident Nursultan Nazarbayevin özünün prezidentliyə namizəd olaraq təyin etdiyi Toqayev səslərin 70,96 faizini toplayıb. Nəticələrə daha sonra dinc nümayişçilər tərəfindən etiraz edilib.

Köhnə jurnalist Amirjan Qosanov prezident seçkilərində Toqayevin rəqibi olub və 16,23 faiz səslə ikinci yerdədir.

Enerji zəngini bu Orta Asiya ölkəsində seçkinin nəzarətdə olduğu bildirilir. Belə ki, Toqayevlə rəqabət aparmış altı namizədin heç biri onun kimi maddi və mənəvi dəstəyə sahib olmayıb. Ölkənin dövlət aparatı da Toqayevin seçki kampanyasını dəstəkləyib.

Seçkilər ərəfəsində ölkədəki ədalətsizliyə qarşı başlamış etiraz aksiyaları seçki günü iyunun 9-da da davam edib və bir sıra bölgələrdə polis tərəfindən dağıdılıb.

İyunun 11-də xəbər verilir ki, polis rəsmi nəticələrə etiraz etmək üçün ölkənin ən böyük şəhəri olan Almatının fərqli rayonlarında toplaşan yüzlərlə insanı dağıtmağa çalışıb və nümayişçilərin bəziləri həbs edilib.

Almatıdan çəkilmiş və ictimai mediada nümayiş olunan bir videoda dünən axşam küçələrdə onlarla qazağın qaçdığı və polisin onları təqib etdiyi göstərilir.

Hadisə həbslərdən sonra 100-dən çox nümayişçinin Almatıda polis bölməsinin qarşısında toplanaraq məşhur müğənni Rinat Zaitovun sərbəst buraxılmasını tələb etməsindən sonra baş verib.

Zaitov 10 iyun tarixində seçkilərin rəsmi nəticələrinə etiraz edən yüzlərlə Qazaxıstan vətəndaşının arasında olub. Beynəlxalq müşahidəçilər seçkiləri "fundamental azadlıqların açıq şəkildə pozulması" kimi xarakterizə edir.

Zaitov azad edildikdən sonra nümayişçilərdən evlərinə qayıtmalarını xahiş edib.

Toqayevin qələbəsi mart ayında gözlənilmədən postundan istefa verən keçmiş prezident Nazarbayevin dəstəyi sayəsində gözlənilən idi. Nazarbayev 30 ilə yaxın idi ki, Qazaxıstanı idarə edirdi. O, hələ də ölkənin və rəhbərlik etdiyi Nur-Otan Partiyasının ən önəmli postlarını tutmağa davam edir.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/luzpgq

Самое читаемое