Qazaxıstan prezidenti vəzifə dəyişiklikləri həyata keçirir

Prezident aparatı həmçinin qeyd edib ki, Qırımbek Koşerbayev qərargah rəisi vəzifəsindən ayrılacaq və dövlət katibi kimi işə başlayacaq.

Source: meydan tv


Yeni xarici işlər naziri və baş qərargah rəisi təyin edildi

Qazaxıstan prezidenti Qasım Jomart Toqayev (Qasym-Jomart Toqaev) yeni xarici işlər naziri və ordunun baş qərargah rəisi təyin edib.

Sentyabrın 18-də Toqayevin ofisi məlumat yayıb ki, Muxtar Tleuberdi əvvəlki xarişi işlər naziri olan Beybut Atamqulovu əvəz edib. Atamqulov isə yeni sənaye və infrastrukturun inkişafı naziri təyin edilib.

Tleuberdi 2016-cı ildən bəri xarici işlər nazirinin birinci müavini vəzifəsini icra edib.

Prezident aparatı həmçinin qeyd edib ki, Qırımbek Koşerbayev qərargah rəisi vəzifəsindən ayrılacaq və dövlət katibi kimi işə başlayacaq. İdarədən verilən məlumata görə, onu "başqa işə keçirilmiş" Marat Tazhini əvəz edəcək.

Əvvəllər Qarağandı (Qaraghandy) vilayətinin rəhbəri olan Erlan Qoşanov Koşerbayevin yerinə qərargah rəisi təyin edilib.

Toqayevin ofisindən edilən qısa açıqlamalarda dəyişikliklərin səbəbləri haqda heç bir məlumat verilməyib.

66 yaşlı Toqayev iyunun 12-də prezident seçilib. Beynəlxalq müşahidəçilər həmin seçkini "geniş səsvermə pozuntusu" adlandırıb və prezident seçkilərinə etiraz edənlərə qarşı həbslər başlayıb.

Toqayevin prezidentliyə namizədliyi ölkənin keçmiş avtoritar lideri Nursultan Nazarbayev tərəfindən verilmişdi. Nazarbayev təxminən 30 illik hakimiyyətindən sonra bu ilin martında rəsmi olaraq vəzifəsindən getdi. Həmin vaxt Toqayev müvəqqəti prezident olmuşdu.

Nazarbayev hələ də ölkədə bir çox mühüm siyasi vəzifələri tutmaqda davam edir. Belə ki, o, hələ də enerji ilə zəngin bu Orta Asiya dövləti daxilində və Nur-Otan siyasi partiyasının daxilində böyük gücə sahibdir. Toqayev iyun ayında prezident seçkilərində bu siyasi partiyadan namizəd olmuşdu.

Ana səhifəDünyaQazaxıstan prezidenti vəzifə dəyişiklikləri həyata keçirir