Источник: Meydan TV

“Qaynanam dedi, qızını öldürməsən, səni boşayacağıq”

“Qaynanam dedi, qızını öldürməsən, səni boşayacağıq”

“Gəldim ki, qaynımın biri qaynanamla yastıqları yığıb uşağımın ağzının üstünə. Qışqırdım, ağladım, yastıqları qırağa atdım, uşağımı qucaqladım, bağrıma basdım. Ondan sonra mənə o qədər işgəncələr verdilər, evdən çölə atdılar, zülm elədilər. Yoldaşım dedi, “mənim anam sənə demişdi, uşağı öldür, sən öldürməmisən. Səni boşamayacam, amma sənə zülm eləyəcəm.“”

Ailədə bu qarğaşanın yaşanmasına səbəb Nərminə Həmidovanın qız uşağı dünyaya gətirməsi olub.  

Nərminə Həmidova 2003-cü ildə ailə həyatı qurub. İlk hamiləliyində uşağın cinsinin qız olduğu bilinəndə evdə söz-söhbət başlayıb. Deyir, qaynanası təkid edib ki, qızını öldürsün.

Nərminə Həmidova deyir ki, qızının həyatını bir neçə dəfə xilas etməli olub. Və bir gün  uşaqlarını da götürüb birdəfəlik o evdən ayrılıb.

Uşağın cinsini müəyyən etdikdən sonra cinsi ayrı-seçkilik edərək ondan abort yoluyla xilas olmağa selektiv abort deyilir. Selektiv abort zamanı ən çox ayrıseçkiliyə məruz qalan qızlardır. 2019-cu ildə dünya üzrə 23 milyon qız uşağının ana bətnindəki həyatına son qoyulub, çünki valideynləri oğlan istəyirmişlər. ABŞ Milli Elmlər Akademiyasının jurnalında dərc edilmiş araşdırmada belə deyilir. Oğlan uşaqlarının sayındakı anormal artım müşahidə olunan ölkələrin içərisində Azərbaycan, Ermənistan, Gürcüstan, da var. 2017-ci ildə bu ölkələrdə hər yeni doğulmuş 100 qız uşağına 112-113 oğlan düşüb.

Həkim-ginekoloq Təranə Həsənova deyir ki, ona müraciət edən qadınların əksəriyyəti uşağı qız olduğuna görə abort etdirirlər.

Hamiləliyin 12-13-cü həftəsində uşağın cinsiyyəti bilinəndən sonra selektiv abortlar baş verir. Həkim deyir, elə qadınlar var 5 dəfə abort etdirir ki, bəlkə növbəti hamiləlikdə oğlu oldu. Ona müraciət edənlər arasında oğlan uşağın abort etdirənlər də var, onlar qız uşağı istəyirlər.  Amma bu müraciətlər azdır.

BMT-nin Əhali Fondunun və yerli təşkilatların 2018-ci ildə birgə hazırladıqları “Azərbaycanda gender bərabərliyi və gender münasibətləri” adlı tədqiqatda ailədə hansı cinsdən olan uşağa üstünlük verilməsi və hamiləliyin yarımçıq dayandırılmasının səbəbləri də tədqiq olunub. Sorğuda ölkə üzrə 1000 qadın və kişi iştirak edib. Fikri soruşulan kişilərin 41 və qadınların 18 %-i ailədə qız uşaqlarından daha çox oğlan uşağının olmasına üstünlük verib. Kişilərin 85 faizi deyib ki, soyadı daşımaq və ya nəsli davam etdirmək üçün oğlan uşağının olması vacibdir. Eyni fikirdə olan qadınlar 73  faizdir. Kişilərin 48 faizi düşünür ki, qız uşağının olması maddi yükdür,itkidir, bu fikirdə olan qadınların sayı 44 faizdir.

Hamiləliyin dayandırılmasına səbəb kimi döl qızdır deyə qərar verən kişilər 9 faiz, qadınlar  11 faizidir.

Nərminə Həmidovanın qızının 17 yaşı var. Ondan sonra bir oğlu da dünyaya gəlib. Deyir, hər iki uşağı ilə fəxr edir.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/ptvn5l

Самое читаемое