''Qarabağ üzrə kompromis ''cəsarətli'' olmalıdır''

Arif Yunus: ''Fransa prezidentinin açıqlamasında sensasiya yoxdur''

"Qarabağ üzrə kompromis "cəsarətli" olmalıdır", - Fransa prezidenti Emmanuel Makron bu ölkədə işgüzar səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyanla görüşündə bildirib.

"Sülhü təbliğ etməyin necə çətin olduğunu bilirəm. Odur ki, istəyirəm Ermənistan və Azərbaycan prezidentlərinin görüşləri konkret nəticə ilə başa çatsın", - Arminfo agentliyi Makrondan sitat gətirib.

Bununla yanaşı, Fransa prezidenti münaqişə tərəflərinin hər görüşünü müsbət qiymətləndirib, Fransa, Rusiya və ABŞ-ın vasitəçilik səylərinin uğurla başa çatacağına ümidvar olduğunu bildirib.

Konfliktoloq Arif Yunus Meydan TV-yə deyib ki, Emmanuel Makronun dediklərində yeni heç nə görmür.

Onun fikrincə, prezident Makrov kompromis sözünü cəsarətlə əvəzləyib:

“2006-cı ildən sonra həmsədrlər hər iki tərəfi kompromisə çağırır və “bunun üçün cəsarət lazımdır” deyə bildirirlər. Yəni hər iki tərəf kompromisin nəticəsində nəsə itirəcək və buna da cəsarət lazımdır. Çünki hər iki cəmiyyət kompromisi birmənalı qarşılamayacaq. Ermənilər müstəqillik istəyir, biz isə Qarabağın qaytarılmasını. Həmsədr ölkələr də güzəştə getməyi təklif edir. Ona görə Fransa prezidentinin açıqlamasında sensasiya yoxdur”.

Arif Yunus xatırladıb ki, kompromis köhnə Madrid Prinsiplərinə əsaslanır və heç bir yenilik yoxdur:

“Birinci, Ermənistan 5 rayonu hissə-hissə boşalır, 2 rayon-Laçın və Kəlbəcərin taleyi Qarabağın statusundan sonra həll olunur. Laçından da  ermənilər üçün dəhliz açılır. 5 rayon qaytarılandan sonra sülhməramlı qüvvələr ərazələrə daxil olur, iqtisadi münasibətlər bərpa olunur.

Arif Yunus

Arif Yunus

Nəhayət, 10-15 ildən sonra Qarabağla bağlı referendum keçirilir. Amma rəsmi Bakı yalan məlumat yayır ki, guya referendum bütün Azərbaycanda keçiriləcək. Halbuki, söhbət Muxtar Vilayətdə keçiriləcək referendumdan gedir. 1989-cu ilin statistikasından baxsaq, orada 145 min erməni, 47 min azərbaycanlı yaşayırdı. Əgər bu 10-15 ildə erməniləri deyilənlərə inandıra bilsələr, onlar separatçı mövqelərindən imtina edərlər. Əks təqdirdə, keçiriləcək referendumun nəticəsi ilə razılaşmalıyıq”.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/oyyxa8

Самое читаемое