“Qarabağ” İsraildən əliboş qayıdır

Növbəti oyun “Vilyarreal”la olacaq

Source: Meydan.TV

Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsində 1-ci turun oyunları keçirilib. Azərbaycanı Avropa Liqasında təmsil edən Ağdamın “Qarabağ” komandası yer aldığı İ qrupunda ilk tur çərçivəsində İsraildə “Makkabi”nin (Təl-Əviv) qonağı olub.

Oyun İsrail klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu 10-cu dəqiqədə Yonatan Qohen vurub. Bu qrupun digər oyununda isə “Sivasspor”la (Türkiyə) “Vilyarreal” (İspaniya) üz-üzə gəlib. İspaniyada keçirilən qarşılaşmada “Vilyarreal” rəqibini 5:3 hesabı ilə məğlub edib. Avropa Liqasında 2-ci turun oyunları oktyabrın 29-da keçiriləcək. “Qarabağ” bu dəfə “Vilyarreal”la qarşılaşacaq.

Oyun Bakıda keçirilməli olsa da, UEFA, Ermənistan silahlıları ilə Azərbaycan ordusu arasında Qarabağda davam edən döyüşlərə görə “Qarabağ“ın Avropa Liqasıdakı ev matçlarının neytral meydanda təşkil olunmasına qərar verib.

Beləliklə, Ağdam komandası “Vilyarreal”ı Türkiyədə qəbul edəcək. Bu qrupun digər görüşündə isə “Sivasspor” “Makkabi”ni qəbul edəcək.

Ana səhifəSosial“Qarabağ” İsraildən əliboş qayıdır