Zaur Qurbanlı

Источник: Foto: Meydan tv

Оглавление: Zaur Qurbanlı

Qadın sürücü problemi

Patriarxal düşüncəyə görə, qadına taleyini etibar edə bilməzsən

Qadın sürücülərlə bağlı çoxdandır, axtardığım 2 suala cavab tapmışam

1. Niyə qadın sürücülərin sayı azdır? Bir ara düşünürdüm ki, sovet maşınlarında sürət qutusu ilə işləmək çox ağır olduğundan qolu güclü olan kişilərin sürücü olması təbii idi. Amma sonradan gördüm ki, dünyanın əksər yerində ya sürücülərin çoxu kişilərdir, ya da gedilən yolun əksər hissəsi kişi sürücülər tərəfindən qət edilir. Məsələn, ABŞ-da qadın sürücülər kişi sürücülərdən azacıq çoxdur, amma kişi sürücülərin qət etdiyi məsafə qadınlara nisbətdə 2 dəfə çoxdur. Oxşar hal Britaniyada da var.

Buna baxmayaraq, qadın sürücülər kişilərə nisbətən daha təhlükəsizdirlər. Dünyada ölümlə nəticələnən qəzaların 73%-ini kişilər törədir. Amma yenə də kişi sürücülər çoxdur, böyük məsafələrin əksəriyyətini onlar qət edir. Məsələn, ABŞ-da yük maşını sürücülərinin 94%-i kişilərdir.

Düşünürəm ki, bu qeyri-bərabərliyə səbəb qadınlara məsuliyyətli iş tapşırılmasının əleyhinə olan patriarxal düşüncədir. Maşın sürəndə bütün məsuliyyət sürücünün üzərində olur. Maşındakıların, çox vaxt ailənin taleyi onun əlində olur. Cüzi diqqətsizlik faciəyə səbəb ola bilər. Yəqin sosial şəbəkələrdə kiminsə qadın pilotla uçduğu barədə paylaşımının altında "duzlu-məzəli" zarafatları görmüsünüz: "Aşırmadı?", "Parkovka eləyə bilirdi?", "Güzgülərlə işləmirdi yəqin?", "Hələ də salamatsan?", "Düşəndən sonra nəzirini verdin?" və s.

Patriarxal düşüncəyə görə, qadına taleyini etibar edə bilməzsən. Hətta Qərb ölkələrində də qadınlar ümumi sürülən məsafənin ən yaxşı halda 1/3-ni gedirlərsə, deməli, bu, yalnız Şərqin, yaxud geri qalmış xalqların problemi deyil. Qadınlar əksərən şəhərdaxili - məktəbə, ticarət mərkəzinə maşın sürürlər. Məsələ minlərlə km sürməyə gələndə, bu iş üçün kişilər var. Bu, həm də kişilərin hüquqlarının pozulmasıdır. O qədər məsafəyə sürmək təhlükəli və əziyyətlidir. Bu məsuliyyət və əziyyət bölüşdürülməlidir.

  1. Niyə qadın sürücülər daha fərqli sürürlər - ən azı Azərbaycanda? Təbii, mən də əksər azərbaycanlı kişi sürücülər kimi qabağımdakı maşının sürücüsünün qadın olmasını sürücüyə baxmadan çox vaxt təyin edə bilirəm. Sürət həddini düz seçmirlər, zolaqlara çox vaxt riayət etmirlər, əksər vaxt sola çox sıxırlar və s. Amma bunun səbəbi qadınların sürə bilməməsində deyil. Onlar yol hərəkəti qaydalarını çox vaxt yaxşı bilirlər.

Amma riayət etmə məsələsində axsayırlar. Niyə? Çünki patriarxal cəmiyyətimizdə üstün olan fikrə görə qadınlar növbə gözləməməlidirlər, üstünlüyə malikdirlər, onlarla "zərif, incə, yazıq" varlıqlar kimi davranmaq lazımdır. Məsələn, dünən avtobusda özünə yer tələb edən xanım sabah maşın alanda yol onun olmaya-olmaya özünə yol tələb edir. Yaxud liftə girəndə özünü məhz qadın olduğuna görə birinci dürtmək hüququna malik olduğunu düşünən xanım maşın sürəndə sağı gözləmək əvəzinə irəli şığıyır, hesab edir ki, sağdan gələn kişi sürücü ona yol verməlidir.

Bu dediklərim hər kəsə istisnasız olaraq, aid deyil. Müqayisə aparsaq, say və faiz məsələsi fərqli olacaq. Belə ki, Azərbaycanda 2 milyon sürücülük vəsiqəsinin yalnız 40 mini qadınlara məxsusdur. Dünyada yol qəzalarının 80%-dən çoxu kişi sürücülər tərəfindən törədilir. Azərbaycanda yəqin bu faiz daha yüksəkdir (konkret göstərici tapmadım). Tutaq ki, bizdə bu, 90%-dir. 2018-ci ildə Azərbaycanda 1817 yol qəza hadisəsi olub. Bunun 10%-i 182 ədəd olur. Əgər 182 qəzanı 40 min qadın sürücü törədibsə, deməli, qadınların 0,45%-i qəza törədib. Qalan bütün qəzaları kişilər törədibsə, deməli, kişilərin 0,082%-i qəza törədib. Yəni faiz məsələsində qadınlar kişiləri 5,5 dəfə qabaqlayırlar. Yəni yolda qayda pozan, başqasına hörmətsizlik edən kişi sürücü görmək daha asandır, amma faiz nisbətində qadınlar dəfələrlə çox qəza törədirlər.

Səbəb isə qadınlarımızın da əksəriyyətinin patriarxal düşüncəyə malik olması, özlərinə əlavə imtiyaz, sanki fiziki məhdudiyyətli kimi münasibət tələb etmələridir.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/omnk0c

Самое читаемое