Prezidentin qonşusu necə yaşayır?

Rövşən Namazov Prezident Administrasiyasının qonşuluğunda yaşayır. Skamyaya üst-üstə yığdığı yorğan-döşəklər onu qışın soyuğundan qoruya bilmir. Gündəlik zibilliklərdən yığdığı plastmas qabları satıb çörək pulu edir. Qazandığı kiçik pullara bir boşqab sup, bir də aptekdən spirt alıb içir. İçməsə, soyuğa dözə bilmədiyin deyir. Prezident Administrasiyası, Nazirlər Kabinetinin yanında küçədə yaşasa da, prezidentdən heç nə istəmir. Deyir, küçədə ac-susuz qaldığından şikayət edəndə onu polisə aparırlar.

Ana səhifəVideoPrezidentin qonşusu necə yaşayır?