Azər Qasımov

Источник: meydan tv

Оглавление: Azər Qasımov

Prezidentin mətbuat xidmətini də axtarın

2013-cü ildən bəri Azər Qasımovun rəhbəri olduğu Mətbuat Xidmətinin fəaliyyəti ilə tanış olaq

Son günlər sosial şəbəkələrdə əsas müzakirə mövzularından biri ölkə prezidentinin harda olması ilə bağlıdır. Ciddi axtarış gedir. Niyəsini bilmirəm. Ancaq səbəblərdən birini təxmin edirəm; adamlar hər gün TV-lərdə prezident İlham Əliyevi görməyə alışdıqlarından belə təlaşa düşüblər. Bəlkə telekanalları yönləndirənlərin növbəti taktikasıdır, bu. Bir əldən idarə olunan kanallardır, istədiklərini etməkdə sərbəstdilər, eksperiment də apara bilərlər. Sadəcə adamı camaatın bu təlaşı narahat edir. Axı İlham Əliyevin hara gedəcəyi, harda olacağı, kimlə görüşəcəyi, demək olar, çox vaxt indi onun üçün təlaşa düşənlərdən gizlədilib. Başqa ölkələrdə, lap elə YAP hakimiyyətinin ən çox güvəndiyi, arxalandığı, addımlarını təkrarladığı Rusiyada belə prezidentin hər işi barədə onun Mətbuat Xidməti ictimaiyyətə xəbər verir. Prezidentin görüşləri, regionlara səfərləri, mətbuat konfransları, növbəti ayda gedəcəyi yerlərlə bağlı xəbəri yaymaqla yanaşı, saytda da yerləşdirirlər.

Bizdə də bütün bunlara sorumlu olan bir qurum var – Prezidentin Mətbuat Xidməti. İctimaiyyəti məlumatlandırmaq, prezident barədə doğru, dürüst xəbər yaymaq bu qurumdakıların vəzifə borcudur. Bəs Azərbaycanda prezidentin Mətbuat Xidməti necə işləyir? Tam məsuliyyətlə demək olar: sorğu keçirilsə, sadə xalq bir yana, çox jurnalist həmin xidmətin rəhbərinin adını, soyadını xatırlamaqda çətinlik çəkəcək.

Bunun başlıca səbəblərindən biri Azərbaycanda prezidentin Mətbuat Xidmətinin olduğunun görünməməsidir. Baxmayaraq ki, Azər Qasımov 2004-cü ildən bu xidmətə rəhbərlik edir. Onun vəzifəsinin yaşı, demək olar, İlham Əliyevin prezidentliyinin yaşı qədərdir. Uzağa getməyək, gəlin İlham Əliyevin ikinci dönəm prezidentliyindən, yəni 2013-cü ildən bəri Azər Qasımovun rəhbəri olduğu Mətbuat Xidmətinin fəaliyyəti ilə tanış olaq:

1.2013-cü il ərzində bu xidmət prezidentlə bağlı cəmi 18 xəbər yayıb. Bu xəbərlərin biri iyul ayında, 12-si oktyabr ayında(İlham Əliyev ikinci dəfə prezident seçildiyi ay, yəni xəbərlər əsasən təbriklərdən ibarətdir), 5-i isə dekabr ayında (prezidentin ad günü bu aydadır) yayılıb.

2.2014-cü il daha passiv il olub. Bu ilin ilk iki ayında mətbuat xidməti susub, mart ayında 1 xəbər yayandan sonra yenidən 2 ay boş keçib, iyun ayında yenə 1 xəbər verib, iyulda susandan sonra aqustda 4 xəbər yayıb, sentyabrda fasilədən sonra oktyabrda 1, dekabrdasa 2 xəbər sayta qoyulub. Noyabrdasa sükut olub.

3.2015-ci ilin ilk 3 ayı Mətbuat Xidmətindən xəbər çıxmayıb. Sonrakı 2 ayın hərəsində 1, iyundasa 2 xəbər verilib, iyul və avqust ayları sakit keçib. Sentyabrda 1, oktyabrda 2, noyabrda 3, dekabrdasa həmin il üçün rekord sayılacaq sayda – 5 xəbər sayta qoyulub.

4.2016-cı ilin yanvarında 1, fevralında 4 xəbər, mart boşdur, apreldə 11, sonrakı iki ayın hərəsində 2 xəbər sayta yerləşdirilib. İyulda 3, avqust və sentyabrın hərəsində 1 xəbər, sonrakı ayların hər ikisində 2 xəbər, sonuncu aydasa Mətbuat Xidməti 4 xəbərlə ili yola verib.

5.2017-ci ilin ilk və 3-cü ayı boş keçib. Fevralda 4, apreldə 2, sonrakı 3 ayın hər birində 1 xəbər verilib. Avqust və sentyabr ayları iş olmayıb, yəni boş keçib. Oktyabr ayında 2 xəbərdən sonra noyabrda fasilə yaranıb, dekabrdasa 4 xəbərlə il bağlanıb.

6.2018-ci il nisbətən məhsuldar olub. Bu ilin yalnız avqust ayı boş qalıb. Yanvar və fevral aylarının hərəsində 1, martda 2, apreldə (növbədənkənar prezident seçkisi ayında) maksimal sayda – 11 xəbər, sonrakı ayların hər birində – dekabra qədər Mətbuat Xidməti bir xəbərlə yetərlənib. Dekabrda əvvəlki illərdə olduğu kimi 4 xəbər verilib.

7.Artıq 8 ayını yola verdiyimiz 2019-cu ildə vəziyyət sabit ağır olaraq qalıb. Yanvar və fevralın hərəsində 1, martda 3, aprel və mayın hər birində 1, iyun və iyulun hərəsində 2 xəbər sayta yerləşdirilib. Avqustda yenə boşluq olub, görünür, xalqımızı da narahat edən bu boşluqdur.

2019-cu ilin 8 ayında İlham Əliyev cəmi 3 mətbuat konfransı keçirib. Fevralın 27-də Gürcüstan prezidenti Salome Zurabişvili Bakıda olanda, mayın 31-də Polşa prezidenti Andjey Duda Azərbaycana gələndə və iyulun 9-da Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla birgə mətbuata açıqlama verəndə. Maraqlıdır ki, İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla telefon danışığı da sayta “mətbuat konfransları” rubrikası altında qoyulub?!

6 ilin statistikası, əslində, ölkənin əsas icra strukturunun necə işlədiyini göstərir. Bu illər ərzində PA-da iş tempi dəyişməyib; əvvəlki illərdə olan süstlük, boşluq davam edib. Prezidentin fəaliyyəti ilə bağlı Mətbuat Xidməti xalqa vaxtında heç bir xəbər verilməyib, sadəcə xalq indi niyə rahatsızdır, bunu anlamaqda çətinlik var.

Məsələn, Rusiya prezidentinin saytında Mətbuat Xidməti rəhbərinin ad-soyadı, şəkli, müavinlərinin ad-soyadı, əlaqə telefonları var. Bundan başqa, il boyu Putinin gedəcəyi yerlər barədə xəbər sayta yerləşdirilir. Hər bir görüşüylə bağlı qabaqcadan xəbər verilir. Neçə gün qabaqdan bəllidir ki, Putin sentyabrın 2-də İrkutskda olacaq, sentyabrın 3-də Monqolustana gedəcək, 4-6 sentyabrda Vladivostokda Şərq İqtisadi Forumunda iştirak edəcək.

Yeri gəlmişkən, sevdikləri, örnək götürdükləri Rusiyada bu ilin 8 ayında Putinin 23 mətbuat konfransı olub...

Bizdəsə rayona gedəndə yollarda sarı, göy jiletli, yaxud arxasında “İlhamla irəli” sözləri yazılmış köynəkdə olan adamların təmizlik işi apardığını görəndə bilirik ki, prezident təxminən hansı region istiqamətində gedəcək.

Son. Xalqımızın optimizmi adamı heyran edir. Prezidentin saytında “Məktublar” bölməsində işlər öz axarıyla gedir, gəzən söz-söhbətlərə, prezidentin AzTV-lərdə görünməməsinə baxmayaraq, xalq ona məktub yazmaqda davam edir; təşəkkür dolu məktublar...

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/3wwb3e

Самое читаемое