Poroşenko haqda ”vətənə xəyanət” maddəsilə istintaq başladılıb

İddiaya görə, o, hərbçiləri Kerç Boğazına göndərərək fəda edib

Source:


İddiaya görə, o, hərbçiləri Kerç Boğazına göndərərək fəda edib

Ukraynanın Dövlət İstintaq Bürosu ölkənin beşinci prezidenti Pyotr Poroşenko haqqında vətənə xəyanət səbəbilə istintaq başladıb, – “Tass” xəbər verir.

Dövlət İstintaq Bürosundan çərşənbə axşamı verilən məlumata görə, 25 noyabr 2018-ci il tarixində Ukrayna Donanmasına aid gəmilərin Kerç boğazının olduğu bölgəyə keçməsindən sonra yaşanan hadisələrə görə Poroşenko haqqında vətənə xəyanət ittihamı ilə istintaq başladılıb.

Mövzuyla əlaqədar şərh edən öncəki Ukrayna prezidenti Viktor Yanukoviçin müavini Andrey Portnov Poroşenkonun ölkədə hərbi vəziyyət elan edərək və bunun üçün ukraynalı dənizçiləri Kerç Boğazına göndərib fəda edərək, vətənə xəyanət etdiyini ifadə edib.

Keçən ilin 25 noyabr səhərində Ukraynaya aid 3 hərbi gəminin Rusiya sularında heç bir çağırışa məhəl qoymadan Kerç Boğazına doğru irəliləməsi səbəbiylə Rusiya o bölgədəki birliklərini hərəkətə keçirmişdi.

Moskva həmçinin Kerç Boğazındakı Krım Körpüsünün altına bir tanker yerləşdirib təhlükəsizlik səbəbiylə buradakı nəqliyyatı bir müddət üçün durdurmuşdu.

İki ölkə arasında gərginliyi artıran hadisə Ukraynada hərbi vəziyyət elan edilməsiylə nəticələnmişdi.

Ana səhifəDünyaPoroşenko haqda ”vətənə xəyanət” maddəsilə istintaq başladılıb