Polisi tənqid edən AXCP üzvü həbs cəzası aldı

“İyulun 2-də Polis Günü ilə əlaqədar “Facebook” hesabında polislər haqqında tənqidi status yazmışdı.

Source: Facebook


Göyçay Rayon Məhkəməsi Qaçay Qafarovla bağlı qərar verib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) daha bir üzvü Qaçay Qafarov həbs olunub. Göyçay Rayon Məhkəməsinin qərarıyla ona 15 sutka inzibati həbs cəzası verilib.

Bu barədə Meydan TV-yə partiyadan verilən məlumatda bildirilir ki, Q.Qafarov AXCP-nin Göyçay rayon şöbəsinin fəalıdır. O, iyulun 5-də yaşadığı kənddə mal-qara otararkən tutulub polis şöbəsinə aparılsa da, onun haqqında polisə müqavimət ittihamı ilə protokol tərtib edilib. Bir gün polis şöbəsində saxlandıqdan sonra iyulun 6-da məhkəmə qarşısına çıxarılıb və 15 günlük həbsi barədə qərar verilib.

AXCP

Q.Qafarov

un sosial şəbəkələrdə polis haqqında tənqidi paylaşımlara görə cəzalandırıldığını bəyan edib:

“İyulun 2-də Polis Günü ilə əlaqədar “Facebook” hesabında polislər haqqında tənqidi status yazmışdı.

AXCP iyulun 4-də daha bir üzvü Əlixan Rəcəblinin də polis tərəfindən saxlanıldığını bildirib. Məlumata görə, AXCP üzvü günorta saatlarında yaşadığı evdən Masallı Rayon Polis Şöbəsinə aparılıb:

“Oradan Bakıya gətirib, bir gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxladıqdan sonra buraxıblar”.

Partiyadan deyilənlərə Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Ana səhifəSiyasətPolisi tənqid edən AXCP üzvü həbs cəzası aldı