Polis məhkəməyə gələnləri mühasirədə saxladı

AXCP üzvü Ruslan Əmirlinin məhkəməsinə gələn ictimai fəal və jurnalistlər proses bitənədək polis mühasirəsində saxlanılıb.

Ruslan Əmirli Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun qərarı ilə 30 sutka azadlıqdan məhrum edilib. O, İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə təqsirli bilinib.

Yasamal Rayon Məhkəməsinə gələn müxalif fəal və jurnalistlər binanın qarşısından polis tərəfindən zorla uzaqlaşdırılıb.

Sentyabrın 10-da dostları AXCP fəalı Ruslan Əmirlinin Bakıda, Milli Onkologiya Mərkəzinin qarşısında saxlanıb, naməlum istiqamətə aparıldığı məlumatını yaymışdılar. Daha sonra onun polis tərəfindən aparıldığı məlum oldu. Ruslan Əmirlinin AXCP sədri Əli Kərimlini ictimai əsaslarla mühafizə etdiyi söylənir.

Ana səhifəVideoPolis məhkəməyə gələnləri mühasirədə saxladı