Polis aksiyada saxlanılanlarla bağlı məlumat yaydı

Dünəndən etibarən isə Sabirabad polisi tərəfindən saxlanılanların olduğu bildirilir.

Source: Specify Source


Sabirabadda da saxlanılanlar var

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Demokratik Qüvvələrin Milli Şurasının 19 oktyabr aksiyası haqda açıqlama yayıb.

BŞBPİ bildirib ki, aksiyanın təşkilatçıları oktyabrın 19-u saat 15:00-dan başlayaraq ümumi sayı, təxminən, 220 nəfərədək olan bir neçə qrupla müxtəlif istiqamətlərdən metronun “28 May” stansiyasının önündəki meydana daxil olmağa cəhd göstəriblər:

“Görülmüş tədbirlərlə hüquqazidd hərəkətlərin genişlənməsinin qarşısı alınıb, qanunsuz aksiyanın təşkilatçıları və fəal iştirakçıları da daxil olmaqla 60 nəfər saxlanılıb. Onlardan 18 nəfərin əməlləri ərazi polis qurumlarında müvafiq qaydada sənədləşdirilərək toplanmış materiallar qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün məhkəmələrə göndəriləcək. İzahatları alınmış daha 42 nəfər, hüquqazidd hərəkətlərin yolverilməzliyi barədə rəsmi xəbərdarlıq edildikdən sonra buraxılıblar”.

AZIZ2977.jpg
19 oktyabr aksiyası

Saxlanılanlar arasında jurnalist Xəyalə Ağayeva, Fatimə Mövlamlı və digərləri də olub. Bir neçə saat Nəsimi Rayon Polis İdarəsində saxlanılan jurnalistlər axşam saat 7 radələrində azadlığa buraxılıblar. Hazırda Nəsimi Rayon Polis İdarəsində saxlanılanlar arasında AXCP üzvü, kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmlinin də olduğu deyilir.

Aksiyadan bir neçə gün əvvəldən başlayaraq

AXCP fəalları

həbs edilməyə başlanılıb.

Dünəndən etibarən isə Sabirabad polisi tərəfindən saxlanılanların olduğu bildirilir. Müsavat Partiyasının fəalı Samir İbrahim öz “Facebook” səhifəsində həbs olunanların siyahısını paylaşıb. Oktyabrın 19-da axşam saatlarında buraxılan və inzibati həbs edilən sabirabadlı fəallar bunlardır:

  1. Səttar Şahlarov, AXCP Sabirabad şöbəsinin sədri
  2. Sahib Rüstəmli, AXCP Ali Məclis üzvü
  3. Balamirzə Fətiyev, şöbə məclisinin sədri
  4. Tofiq Zeynalov, şöbə sədrinin müavini
  5. Qabil Novruz
  6. Eldar Nicat
  7. Qulu Mammadli
  8. Yaşar bəy
  9. Adil Babayev
  10. 10 Əyyam bəy
  11. Hicran Ağayev
  12. İmran Hüseynov
  13. Əlqulu Qəhrəmanov – 5 sutka
  14. Şaiq Ələkbərov – 5 sutka
  15. Samir İbrahim, Müsavat Partiyası
  16. Azər İsmayil, Müsavat Partiyası
  17. Fərman Salmanov
Ana səhifəSiyasətPolis aksiyada saxlanılanlarla bağlı məlumat yaydı