Orxan Adıgözəl

Источник: Foto: Meydan TV

Başlıq: Orxan Adıgözəl

Pis insan yoxdur

Travmalardan qurtulmaq, ruhu sağaltmaq da olur

“-İndi mənə de görüm, “xeyirxah insanlar” sözünü nə çox işlədirsən? Sən hamını belə adlandırırsan?

-Hamını, -məhbus cavab verdi, -dünyada pis insan yoxdur”

Bu dialoq Mixail Bulqakovun mistik romanı “Master və Marqarita”sında Ponti Pilat və İeuşa arasında baş tutur.

Hər bir insan dünyaya saf duyğulara malik şəkildə gəlir. İstənilən uşaq mələk kimi tər-təmiz olur. İstər uşaqlıqda, istərsə də yetkin vaxtlarda bizim sevgiyə ehtiyacımız var. Sevgi ehtiyac cəhətdən heç vaxt dəbdən düşmür və düşməyəcək də. O, dünyanı idarə edən ən qüvvətli ilahi enerjidir. Sevmək, sevilmək bizi daxilən zənginləşdirir. Bu zənginlik bizi xoşbəxt edir. Axı insanın həyat motivi xoşbəxt olmaqdır və o, bununla təşəkkül tapır və formalaşır. Sevgi vasitəsi ilə diqqət görmək bizə insan kimi önəmli olmağımızı xatırladır. Sevgi gəlmirsə, insan insanlığından çıxır və daşlaşır. Sevilməyən adamın içi nifrətlə qaynayır və o, daim bunun acığını başqalarından çıxmağa çalışır.

Təbii ki, hər şey uşaqlıqdan başlayır. Uşaq valideynlərinin onu məhz sevmək, qeydinə qalmaq üçün dünyaya gətirdiyinə inanır. Onun qidalanmaq qədər, sevgi görməyə aclığı olur. Ancaq bəzən bu sevgi istənilən səviyyədə göstərilmir. Sevgi əskikliyi narsistliyin, qeyri-əminliyin, paxıllığın və bu sayaq xoşagəlməz xüsusiyyətlərin bünövrəsini qoymuş olur. Sevgi çatışmırsa, avtomatik olaraq onun yerini danlaq, kötək, qışqırıqlar, bir sözlə, aqressiv şeylər tutur. Təzad ondandır ki, uşaq söyülsə də, döyülsə də, sevməkdən vaz keçmir. O, valideynlərini bütləşdirir, Tanrı səviyyəsində görür və hətta gələcəkdə yetkin yaşa çatsa da, onun davranış modelində ataya-anaya olan sevgini tərənnüm edənlər nüanslar yer alır. Bu davranış olduqca nümayişkaranə şəkildə olması ilə diqqət çəkir. Sadəcə bu mexanizm psixoanalizlə aşkarlanır. Azca təhlil bütün kartları aça bilər. Hətta o, şəxs başqalarını qəddarcasına döysə və öldürsə də, orada valideynin diqqətini çəkməyə hesablanmış xüsuslar olur. Şüuraltı şəkildə, özü də dərk etmədən, o, öz vəhşi aktları ilə anasına ya da atasına şövqlə əl yelləyib bildirir ki, “bax, gör mən nələr bacarıram. Ata(və ya ana), məni sev”.

Ömür boyu atasının təhqirləri ilə yoğrulub, hakimiyyətin yuxarı postu kimi sobaya yerləşdirilmiş bir diktator, orada bişir və atasının acığını xalqdan çıxır. Müsahibələrində, etdiyi çıxışlarda dəfələrlə istifadə etdiyi “mən” sözü də atasına olan xitabdır: “Ata, bax “mən” necə qüdrətliyəm! Heç də sənin dediyin kimi “debil” deyiləm, gör xalqı necə özümə tabe etmişəm”.

Əslində o da pis insan deyil, sadəcə beləcə atasının hesabına bədbəxt olub (onu da öz atası bədbəxt edib). Nəticə də xalqı da bədbəxt edir. Zəncirin halqaları bir-birinə çox sıx birləşib və onlar zəhəri öz yoldaşlarına ötürüb, yanındakı halqanın da bədbəxtliyinə vəsilə olurlar.

Uşaq pediatriya və tərbiyə etmə keyfiyyəti baxınmdan İsrail dünyada bir çox göstəricilərinə görə ilk yeri tutur. Oradakı tərbiyə sistemində xüsusi, magik heç nə yoxdur, bir şey üstün səviyyədədir ki, yəhudilər uşağın 6 yaşa qədər olan mərhələlərindən yaxşı xəbərdardırlar və onlar uşağa bolluca sevgi və azadlıq verməklə övladlarını gözəl şəkildə yetişdirirlər.

Bəli, elə Bulqakovun “Master və Marqarita” romanında keçən digər sitat məsələyə təzadlı məcradan baxmaq üçün fərqli zəmin yaradır - “hər şeyi yönəldən insanın özüdür”.

İnsan dərk edirsə ki, zəhərli zəncirin bir parçasıdır, o, həmin zənciri qırıb azad da ola bilər. Travmalardan qurtulmaq, ruhu sağaltmaq da olur. Keçmişə boylanmaq, qorxuları tam müəyyən etmək və səni incidən valideynləri bağışlamaqla hadisələri başqa tərəfə yönəltmək mümkündür. Kin və nifrət daşlarından xilas olmaqla uçuruma gedən alaqotları və tikanlarla örtülü yoldan xilas olmaq mümkündür. Gəlişi gözəl cümlələr məqalədə beləcə sadə səslənsə də, əməli yerinə yetirilərkən elə də asan olmur. Bütün hallarda dəyişmək istəyən dəyişir və seçim etmək iradəsini özündə formalaşdırır. Bu da qəflət yuxusundan oyanmaq deməkdir. Oyanan isə mütləq azad olacaq.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/2ivqm6

Самое читаемое