Источник: Meydan Tv

Peskov: Rusiyanın Dağlıq Qarabağın statusu ilə bağlı mövqeyi dəyişməyib

Статья обновлена:  4 Декабрь 2020

"Qarabağda indi başçı yoxdur, nümaqişənin iki tərəfi var: Ermənistan və Azərbaycan"

“Rusiya başqa ölkələr kimi Dağlıq Qarabağın statusu ilə bağlı mövqeyini dəyişməyib, bu ərazinin mənsubluğu artıq çoxdan BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə müəyyən edilib”.

Bu açıqlamanı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

Məlumatı "RİA Novosti" yayıb.

D. Peskov bildirib ki, bütün bunlar BMT Təhlükəsizlik Şurasının qətnamələrində qeyd edilib: “Rusiya heç nəyi dəyişməyib. Əslində, heç bir ölkə dəyişməyib”.

“Prezident Putin də deyib ki, Qarabağ özü-özlüyündə tanınmayıb, o, heç Ermənistanın özü tərəfindən tanınmayıb. Prezident Putin bu haqda deyib”, - deyə mətbuat katibi vurğulayıb.

RF prezidentinin mətbuat katibi həm də dəqiqləşdirib ki, Qarabağda indi başçı yoxdur, münaqişənin iki tərəfi var: Ermənistan və Azərbaycan.

"Rusiyalı sülhməramlılar və mülki mütəxəssislər öz addımlarını həm Bakı, həm də Yerevanla koordinasiya edir", - Peskov deyib.

Sentyabrın 27-də Ermənistan və Azərbaycan Ordusu arasında cəbhənin bütün istiqamətlərində hərbi əməliyyatlar başlayıb.

44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu tərəfindən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.

İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub.

Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar.

Bəyanata uyğun olaraq, 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verilib.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  4 Декабрь 2020
Bölmələr:  
Короткие линки:   http://mtv.re/hzwick

Самое читаемое