Ordubadda qar örtüyü altından bəbir cəsədi tapılıb

“Təəssüfedici xəbər də odur ki, tələf olan fərd dişi imiş və yerli populyasiyanın inkişafında əsaslı rol oynaya bilərdi”.

Source: Specify Source


Heyvanın təbii amillər səbəbindən öldüyü bildirilir

Ordubad rayonu ərazisində dəniz səviyyəsindən 1915 metr hündürlükdə qalın qar örtüyü əridikdən sonra yarıçürümüş halda bəbir cəsədi aşkar olunub.

Ümumdünya Təbiəti Mühafizə Fondunun yaydığı məlumata görə, hadisə yerinə Naxçıvan Muxtar Respublikasının təbiəti mühafizə və hüquq-mühafizə orqanlarının əməkdaşkarı gəliblər. İlkin müayinələr zamanı güllə yarası aşkar edilməyib. Yumşaq toxumalardan analiz üçün nümunələr götürülüb və bəbirin ölümünün səbəbi təbii amillər, xüsusən də qar uçğunu, olduğu nəticəsinə gəlinib.

“Heyvanın cəsədi təbii parçalanma prosesi bitdikdən sonra skelet formasında saxlanılacaqdır. Hadisə yerində olan dövlət təmsilçiləri cəsədin baş və pəncələrini təsadüfi adamlar tərəfindən aparılmasın deyə artıq götürüblər və gələcəkdə bütöv skeletə əlavə ediləcəkdir”, – deyə məlumatda deyilir.

Həmin heyvanın əvvəllər fondun kameralarına düşmədiyi bildirilir:

“Təəssüfedici xəbər də odur ki, tələf olan fərd dişi imiş və yerli populyasiyanın inkişafında əsaslı rol oynaya bilərdi”.

Ana səhifəBölgəOrdubadda qar örtüyü altından bəbir cəsədi tapılıb