Zaur Əliyev, Ramin Bayramlı və Oqtay Şirəliyev

Источник: Meydan TV

Başlıq: Zaur Əliyev, Ramin Bayramlı və Oqtay Şirəliyev

Oqtay Şirəliyev, Ramin Bayramlı və Zaur Əliyev peyvənd olundular

Статья обновлена:  18 Январь 2021

Çin istehsalı olan "CoronaVAC" vaksini ilə peyvəndlənməyə start verildi

Yanvarın 18-də Azərbaycanda Çin istehsalı olan "CoronaVAC" vaksini ilə peyvəndlənməyə start verilib.

Bakı Sağlamlıq Mərkəzində səhiyyə naziri Oqtay Şirəliyev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev və TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı ilk peyvənd edilənlərdən olub.

Bu barədə “Azərtac”ın yaydığı məlumatda bildirilir.

Məlumata görə, nazirlə yanaşı, nazir müavinləri və digər rəsmi şəxslərə də koronavirus əleyhinə peyvənd vurulub.

Vaksinasiyadan sonra nazir Oqtay Şirəliyev jurnalistlərə bildirib ki, mütəxəssislər Azərbaycan üçün ən yaxşı vaksini "Sinovac" şirkətinin vaksini olduğu qərarına gəlib: “Bir neçə ölkələrdə kliniki sınaqlardan keçib. Heç bir yerdə fəsadı olmayıb. Qardaş Türkiyədə də bu vaksindən istifadə olunur. Həmçinin kifayət qədər effektlidir. Hər vaksinasıyadan sonra müəyyən insanlar xəstələnə bilər, amma onlar da xəstəliyi yüngül keçirirlər. Bunlar nəzərə alınaraq, seçim olundu”.

Çin istehsalı olan "CoronaVAC" vaksini

Çin istehsalı olan "CoronaVAC" vaksini

Источник: Azərtac

Nazir jurnalistləri də vaksinasiyaya qoşulmağa dəvət edib.

Nazirlər Kabinetinin 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib.

Strategiyaya uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq mühafizə orqanları tərəfindən əksepidemik tədbirlərə cəlb olunan heyət peyvənd olunacaqlar.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  18 Январь 2021
Bölmələr:  
Короткие линки:   http://mtv.re/qthmyj

Самое читаемое