Operativ Qərargah: Azərbaycanda 12 nəfər koronavirusdan ölüb

Eyni zamanda, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 568, bu günə qədər isə ümumilikdə 3 414 614 testin aparıldığı vurğulanıb.

Foto: Meydan TV


339 nəfərin COVID-19 infeksiyasına yoluxduğu bildirilir

Mayın 19-da Azərbaycanda 339 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilir ki, 1170 nəfər müalicə olunaraq sağalıb, analiz nümunələri müsbət çıxan 12 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 331 040 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib: "Onlardan 317 609 nəfər müalicə olunaraq sağalıb, 4 814 pasiyent ölüb. Hazırda aktiv xəstə 8 617 nəfərdir".

Eyni zamanda, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 568, bu günə qədər isə ümumilikdə 3 414 614 testin aparıldığı vurğulanıb.

Ana səhifəSağlıqOperativ Qərargah: Azərbaycanda 12 nəfər koronavirusdan ölüb