Oğlunun hərbi biletini ala bilməyən ana: “Övladımın məzarına baxmağa xəcalət çəkirəm”

Oğlunun hərbi biletini ala bilməyən ana: “Övladımın məzarına baxmağa xəcalət çəkirəm”

Yanvarın 7-də yaşadığı Sulutəpə qəsəbəsində intihar edən İkinci Qarabağ Müharibəsi iştirakçısı Yunis Mənsurovun hərbi bileti hələ də ailəsinə təhvil verilmir. Anası Gülarə Mənsurovaya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon şöbəsindən sənədin hərbi hissədən göndərilmədiyini deyiblər.

Gülarə Mənsurova deyir ki, Yunis Füzuli rayonunda xəstəxanaya müayinə üçün göndərilsə də, sadəcə qeydiyyata alınıb və əlaqə saxlanılacağı deyilib. Ailəsinə yanvarın 8-də tərxis olunacağını deyən Yunisi heç kim müayinə üçün çağırmayıb. Anası deyir ki, evdə olduğu bir həftə ərzində Yunis əvvəlki adam deyildi.

Müdafiə Nazirliyi yanvarın 9-da Yunis Mənsurovun intihar etdiyini təsdiqləmişdi. Bildirilmişdi ki, faktla bağlı cinayət işi açılıb. Nazirliyin mətbuat xidməti Meydan TV-nin sorğusuna cavab olaraq bildirib ki, Yunis Mənsurovun hərbi bileti ilə bağlı məsələ araşdırılacaq.

Ana səhifəVideoOğlunun hərbi biletini ala bilməyən ana: “Övladımın məzarına baxmağa xəcalət çəkirəm”