Prezident sərəncam imzaladı
Prezident İlham Əliyev Bakı Slavyan Universitetinin rektorunun vəzifəsindən azad edilməsi haqqında
sərəncam
imzalayıb.
Sərəncama əsasən, Nurlana Müzəffər qızı Əliyeva Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilib.
2016-cı ildə Bakı Slavyan Universitetinin rektoru vəzifəsinə təyin edilmiş Nurlana Əliyeva uzun illər hakim Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurasının sədri olub. YAP-ın bu il, matın 5-də keçirdiyi qurultayda Nurlana Əliyeva partiyanın yeni formalaşan idarə heyətindən kənarda
qalıb
. Bundan sonra müxtəlif media orqanları onun “vurulması” haqqında yazıb.
Nurlana Əliyeva deputat olduğu zamanlarda tez-tez qalmaqallı açıqlamaları ilə gündəmə gələn Hadı Rəcəbli ilə qudadır.