Peter Handke

Источник: Foto: arxiv

Başlıq: Peter Handke

Nobel mükafatçısı Peter Handke boykot edilir

Türkiyə də boykota etmək üçün Albaniya və Kosovaya qoşulduğunu bəyan edib

Dekabrın 10-da Türkiyə mərhum serb Slobodan Miloşeviçi dəstəklədiyi üçün tənqid olunan 2019-cu ilin ədəbiyyat mükafatı laureatı Peter Handkeyə etiraz olaraq Nobel mükafatlandırma mərasimini boykot etmək üçün Albaniya və Kosovoya qoşulduğunu bəyan edib, - RFE/RL xəbər verir.

Türkiyənin İsveçdəki səfiri Hakki Emre Yunt dekabrın 9-da “Hürriyət”ə verdiyi açıqlamada ən azı iki anti-Handke nümayişinin ertəsi günü Stokholmda keçiriləcək mükafatlandırma mərasimində iştirak etməyəcəyini bildirib.

Bu həftəsonu Türkiyə hökumətinin rəsmisi İsveç Akademiyasını Handkeni mükafatlandırma qərarını dəyişdirməyə çağırıb.

Kosovonun vəzifəsindən ayrılan Xarici işlər naziri Behgjet Pacolli “Bosniya və Kosovada Miloşeviçin soyqırımını dəstəkləyən bir yazıçının Nobel mükafatına layiq olmadığını” bildirərək qeyd edib ki, o, İsveçdəki səfirinə mükafatlandırma mərasimini boykot etməsi üçün göstəriş verib.

Albaniyanın Xarici işlər naziri Gent Çakaj da eyni addımı atıb və “Yuqoslaviyanın parçalanması zamanı müharibə vəhşilikləri mükafatlandırılmamalıdır” yazaraq tvit atıb.

Yüzlərlə insanın Stokholmun mərkəzindəki Norrmalmstorg Meydanında Handke əleyhinə etiraz aksiyası üçün bir araya gələcəyi gözlənilir. Digər bir nümayişin isə mükafatlandırma mərasiminin keçirildiyi Stokholm konsert salonu xaricində olacağı planlaşdırılır.

İsveç Akademiyası oktyabrın 10-da 77 yaşlı Handkeni Ədəbiyyat üzrə Nobel Mükafatı ilə “dil biliklərilə ətrafı və insan təcrübəsinin spesifikliyini araşdıran nüfuzlu əsərə görə” mükafatlandırıb.

Handkenin bu mükafata layiq görülməsi Balkanların bir çox yerində, o cümlədən dünyanın başqa ölkələrində də qəzəblə qarşılanıb. Handke 2006-cı ildə Miloşeviçin cənazə törənində keçmiş prezidenti məth etmişdi.

Miloşeviç 1990-cı illərdə Yuqoslaviyanın parçalanmasından sonrakı münaqişələr zamanı törədilən soyqırım və digər müharibə cinayətlərinə görə BMT-nin Hollandiyadakı müharibə cinayətləri məhkəməsi tərəfindən mühakimə edilərkən ölüb.

Handke 6 dekabrda Stokholmdakı mətbuat konfransında Miloşeviçi niyə dəstəkləməsi ilə bağlı sualları cavablandırmayıb. “Mən ədəbiyyatı sevirəm, fikirləri yox”, - deyə o cavab verib.

Handkeyə dekabrın 10-da rəsmi olaraq 935 min dollar mükafat təqdim ediləcək.

İsveçdəki bütün səfirlər mərasimə dəvət olunub.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/9r1raz

Самое читаемое