“Nazirlikdən əlillərə pulumuz yoxdur dedilər”

Sentyabrın 10-da bir qrup əlilliyi olan şəxs müavinatlarının artırılması tələbi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısına toplaşıblar. Onlar deyir ki, gündən-günə qiymət artımı baş versə də, müavinatlar yerində sayır. Həmçinin əlilliyi olan uşaqların valideynləri də övladlarının təhsil, müalicə məsələləri ilə bağlı müraciətə etmək üçün nazirliyə gəliblər.

Əliliyi olan şəxsləri nazir Sahil Babayev qəbul edib. Görüşdə onlara nazirliyin maliyyə mənbəyinin olmadığını deyiblər.

Əlilliyi olan şəxslər aksiyalarını davam etdirəcəklərini bildirirlər.

Ana səhifəVideo“Nazirlikdən əlillərə pulumuz yoxdur dedilər”