Nazirlik: Azərbaycanda təhsil işçilərinin 86 faizi vaksinasiyadan keçib

“Məktəbdənkənar müəssisələrin təhsil işçilərinin 2 faizinin immunitet sertifikatı var”

Source: Meydan TV


“Məktəbdənkənar müəssisələrin təhsil işçilərinin 2 faizinin immunitet sertifikatı var”

Azərbaycanda təhsil işçilərinin 86 faizi COVID-19 əleyhinə vaksinasiyadan keçib.

Təhsil Nazirliyinin yaydığı məlumatda bildirilir ki, bu göstərici Bakı üzrə 88, Sumqayıt üzrə 92, Gəncə üzrə 94, Abşeron rayonu üzrə 89, Yardımlı rayonu üzrə 97, Naftalan şəhəri üzrə 96, Şirvan, Qazax və Tərtər rayonlarının hər biri üzrə 95 faiz təşkil

edir.

Məktəbdənkənar təhsil müəssisələrində çalışan təhsil işçilərinin 92 faizi, ali və orta ixtisas təhsili müəssisələrində çalışan təhsil işçilərinin 80 faizi, peşə təhsili müəssisələrində çalışan təhsil işçilərinin 92 faizi artıq vaksinasiya olunub.

Bundan əlavə, ümumi və peşə təhsili müəssisələrində çalışan təhsil işçilərinin 1 faizinin, məktəbdənkənar təhsil müəssisələrinin təhsil işçilərinin 2 faizinin immunitet sertifikatı var.

Azərbaycanda sentyabrın 22-dən 1-4-cü siniflər, 29-dan isə 5-11-ci siniflər və ali məktəblər ənənəvi tədrisə qayıdır.

Sentyabrın 7-də təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirilən brifinqdə dərs ilinin sentyabrın 22-də başlaması məsələsinə də aydınlıq gətirib.

Bunu yoluxma sayının artması ilə əlaqələndirib.

Nazir həmin vaxta qədər vaksinasiya prosesinə görə yoluxma sayında azalma qeydə alınacağına ümid etdiyini söyləyib.

Ana səhifəXəbərlərNazirlik: Azərbaycanda təhsil işçilərinin 86 faizi vaksinasiyadan keçib