Источник: https://www.hurriyet.com.tr/

Nazirlər Kabineti: Azərbaycan Türkiyəyə yardım göndərəcək

Yanğınla bağlı 500 nəfərlik canlı qüvvə və helikopterlərin göndəriləcəyi bildirilir

Azərbaycandan Türkiyəyə 500 nəfərdən ibarət şəxsi heyət, helikopterlər, həmçinin digər lazımi avadanlıq və ləvazimatlar ən qısa zamanda göndəriləcək.

Bu barədə iyulun 30-da Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyənin Vitse-prezidenti Fuat Oktayla telefon danışığı zamanı deyib.

Nazirlər Kabinetinin yaydığı məlumatda deyilir ki, tərəflər meşə yanğınları ilə mübarizədə Azərbaycanın Türkiyəyə hər cür yardım göstərməyə və bunun üçün bütün lazımi qüvvələri səfərbər etməyə hazır olduğu vurğulanıb: "Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırıq və göstərişlərinə əsasən Fövqəladə Hallar Nazirliyinin 500 nəfərdən ibarət şəxsi heyəti, helikopterlər, həmçinin digər lazımi avadanlıq və ləvazimatlar ən qısa zamanda qardaş Türkiyəyə göndəriləcək".

Eyni zamanda, dövlət başçısının köməkçisi Hikmət Hacıyev deyib ki, İlham Əliyevin tapşırığına müvafiq olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyəyə Azərbaycandan yardım dəstələri göndəriləcək:

“Bununla əlaqədar olaraq, Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Baş nazirinə və Fövqəladə Hallar Nazirliyinə lazımi tapşırıqlar və göstərişlər verilib. Müvafiq dövlət qurumları Türkiyədən olan tərəf müqabilləri ilə əlaqə qurub və ən qısa zamanda yardım dəstələri qardaş ölkəyə yola düşəcək”.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/klmi5s

Самое читаемое