Источник: google

Nazir: Hər uşağa 100 manat ödənilsə, bu, 3,3 milyard manat edir

Sahil Babayev “uşaqpulu”, pensiya artımı təkliflərinə cavab verib

“Azərbaycanda minimum pensiyanın artırılmasına dair işlər görüləcək”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə “Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı deyib.

O bildirib ki, Azərbaycanda minimum pensiya 1 il ərzində 116 manatdan 200 manata çatdırılıb. “Davamlı olaraq bununla bağlı iş aparılır. İlk dəfə olaraq, Azərbaycanda minimum pensiya yaşayış minimumunun üzərində oldu. Pensiya alan bir çox şəxsə, xüsusilə də əlilliyi olan şəxslərə əlavə müxtəlif təqaüdlər ödənilir. Məsələn, Qarabağ münaribəsi əlilliyi olan şəxslərə 250 manata qədər müstəlif təqaüdlər ödənilir, digər əlilliyi olan şəxslərə 100 manat. Bu kontingent kifayət qədər genişdir. Təxminən pensiya alan şəxslər arasında 400 min nəfəri əlavə təaqüdlər alır. Bu proses davamlı olacaq, Azərbaycanda minimum pensiyanın artırılmasına dair işlər görüləcək”.

”Uşaqpulu kimi proqramlar 1 illik, 2 illik proqramlar deyil”

Sahil Babayev deputatların “uşaq pulu” verilməsi ilə bağlı təklifinə münasibət bildirib. O deyib ki, bu gün Azərbaycanda 600 minə yaxın uşağa müxtəlif müavinətlər ödənilir. “Sağlamlıq imkanları məhdud uşaqlara 150 manat, onların valideynlərinə və ya qəyyumlarına 200 manat ödənilir. Bu gün ən həssas kateqoriyadan olan 600 minə qədər uşağa bu vəsait ödənilir. Orta məbləğ də 100 manatın üzərindədir. Əgər biz bunu bütün uşaqlara şamil etsək, bu gün ölkədə 18 yaşına çatmamış 2 milyon 700 min uşaq var. Hələ tutaq ki, ən aşağı onlara 100 manat vəsait ödənilsə, bu 3,3 milyard manat pul edir. Uşaqpulu kimi proqramlar 1 illik, 2 illik proqramlar deyil. Ən azı 5 illik, 10 illik proqramlardır. Bunun üçün ümumilikdə 18-35 milyard vəsait xərclənməlidir. Nəzərə alın ki, ölkədə minumum pensiyalar 72 faiz , mimumum əməkhaqqı 2 dəfə, 600 min insanın müavinət, təqaüdü 2 dəfə artıb. Bu gün yəni konkret ünvanlı olmayan, hamını əhatə edən bir proqram əvəzinə ünvanlı olan sosial cəhətdən ən həssas kəsimləri əhatə edən və çox əhəmiyyətli sosial proqramlar eyni məbləğlə maliyyələşdirilir. Ona görə də hökumətin seçimi bu istiqamətdə oldu və belə də davam edəcək”.

“2-3 ilə növbədə olan insanların mənzil təminatının tam şəkildə həll ediləcək”

Sahil Babayev deyib ki, 2014-cü ilə qədər mənzil növbəsinə duran Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil təminatı Prezidentin müvafiq sərəncamı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb. Bu insanların siyahısı yerli icra hakimiyyətləri tərəfindən tutulub və nazirliyə təqdim edilib: “Nazirliyin internet səhifəsində bu siyahı ictimaiyyətə tam açıq elan olunub. Təkcə bu il 934 şəhid ailəsi və əlilliyi olan şəxsə mənzillər təqdim ediləcək”.

Nazirin sözlərinə görə, ilin sonuna növbədə təqribən 3 min nəfər qalacaq: “Növbəti ildə bu proqram daha da genişləndirilərək aparılacaq. Çünki cənab Prezidentin niyyəti qısa müddət ərzində, 2-3 ilə növbədə olan insanların mənzil təminatının tam şəkildə həll edilməsidir”.

İşsizlikdən sığorta haqqı almağın şərtləri

Nazir işsizlikdən sığorta haqqı almağın şərtlərini açıqlayıb. O bildirib ki, vətəndaş işsizlikdən sığorta haqqı almaq üçün öz ərizəsi əsasında işdən çıxmamalıdır:

“Vətəndaş istəyindən və iradəsindən kənar işsiz qalmalıdır. Bu sığortanın ümumi prinsipidir. Vətəndaş əgər ixtisara düşərək və digər şərtlərlə işdən azad olunursa, o, müvafiq məşğulluq orqanında qeydiyyata durmaqla işsizlikdən sığorta haqqı ala bilər”.

Nazir bildirib ki, işsiz qalan şəxsə 6 aylıq işsizlikdən sığorta haqqı təyin olunur:

“Bu rəqəm 3 ay da artırıla bilər. Sığorta ödənişinin orta məbləği 300 manatın üzərindədir. Əsas problem ondan ibarətdir ki, bir çox halda işdən çıxan şəxs öz ərizəsi ilə işdən ayrılır, yaxud işsiz statusu almaq üçün məşğulluq mərkəzlərində qeydiyyata düşmür. Bu gün məşğulluq mərkəzlərində cəmi 201 min insan qeydiyyata durub ki, bunun da yalnız 70 mini işsiz şəxs statusundadır. Yerdə qalanı isə iş axtaran şəxs statusundadır”.

S.Babayev qeyd edib ki, işsizlikdən sığorta ilə bağlı dəyişiklikləri növbəti illərdə parlamentə təqdim edəcəklər.

Nazir məlumat verib ki, DSMF-nin gələn il üçün gəlir və xərcləri 4 825 508 800 manat səviyyəsində nəzərdə tutulub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun 2020-ci il büdcəsinin gəlirləri və xərcləri 128 235 400 manat məbləğində proqnozlaşdırılıb.

Spiker naziri təriflədi

Milli Məclisin spikeri Oqtay Əsədov nazir Sahil Babayevin çıxışına münasibət bildirib:

“Hamı böyük səbrlə sizə qulaq asdı. Sən bizim içimizdən çıxmısan, bir az yerlibazlıq edib həm deputatlar, həm də mən imkan yaratdıq ki, bütün hesabatı Milli Məclisdə təqdim edəsən. Bunu da etdin. Qarşıda hələ ikinci və üçüncü oxunuş var. Sən çıxışdan daha çox deputatların səsləndirdiyi təklif və iradlara cavab verməyə yer ayırdın. Çox şadam ki, Prezidentin təyin etdiyi cavan kadrlar işin içinə belə giriblər”.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/vx0xs0

Самое читаемое