Navalnı Moskvadan zəhərləndiyi zaman geyindiyi paltarları tələb edib

“Məni Almaniyaya aparmağa icazə vermədən əvvəl bütün paltarlarımı çıxardıb, tamamilə çılpaq göndəriblər”

Source: google.az


“Məni Almaniyaya aparmağa icazə vermədən əvvəl bütün paltarlarımı çıxardıb, tamamilə çılpaq göndəriblər”

Kremlin tənqidçisi Aleksey Navalnı bazar ertəsi Rusiyadan keçən ay komaya düşdüyü zaman geyindiyi paltarını təhvil verməsini istəyib.

“Reuters” xəbər verir ki, o, Moskvanı işi ilə bağlı əhəmiyyətli dəlilləri gizlətməkdə günahlandırıb.

Prezident Vladimir Putinin açıq rəqibi Navalnı Rusiyadaxili təyyarədə halı pisləşdikdən sonra Sibirdən müalicə üçün Almaniyaya aparılıb. O, aparılmadan öncə əvvəl paltarının əlindən alındığını deyib.

Almaniya, Fransa və İsveçdəki laboratoriya testləri onun “Noviçok” adlı sinir maddəsi ilə zəhərləndiyini təsdiq edib və bu səbəbdən Qərb Rusiyadan izahat tələb edir.

Moskva cinayət dəlilini görmədiyini deyib və bugünə qədər hadisə ilə bağlı istintaq açılmayıb. Kreml bununla əlaqəli olduğunu rədd edib.

“Məni Almaniyaya aparmağa icazə vermədən əvvəl bütün paltarlarımı çıxardıb, tamamilə çılpaq göndəriblər”,- deyə Navalnı Almaniya xəstəxanasında müalicədəykən deyib.

““Noviçok”un bədənimdə olduğunu və təmas yolu ilə yoluxma ehtimalının olduğunu düşünsək, paltarım çox vacib dəlildir”, o deyib.

“Paltarlarımın ehtiyatla plastik torbaya qoyulmasını və mənə qaytarılmasını tələb edirəm”, – Navalnı deyib.

RİA xəbər agentliyi yerli Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, Navalnının paltarları müstəntiqlər tərəfindən götürülüb və artıq Sibirin Omskdakı xəstəxanasında deyil.

Rusiya Almaniyadan Navalnının tibbi məlumatlarını nəzərdən keçirmək üçün onlara təhvil verilməsini istəyib.

““30 günlük” istintaqöncəsi araşdırma bu vacib sübutları gizlətmək üçün istifadə edilib”, – Navalnı deyib.

Navalnının komandasından İvan Jdanov müxalifətçinin sözcüsünün və digər komanda üzvlərinin istintaqla bağlı sorğu-sual edildiyini deyib.

Jdanov polisin cinayət işi açıb-açmayacağına qərar verməsi üçün 30 günlük son tarixin keçdiyini deyib.

Nəqliyyat polisi araşdırmanın hələ davam etdiyini, 200 nəfəri dindirdiklərini və daha çox yoxlama aparmağı planlaşdırdıqlarını bildirib. Onlar həmçinin Almaniya, Fransa və İsveçə hüquqi yardımla bağlı müraciət ediblər.

Ana səhifəDünyaNavalnı Moskvadan zəhərləndiyi zaman geyindiyi paltarları tələb edib