Müdafiə Nazirliyi yalan danışır? – Rusiya faktoru, texniki nasazlıq, quşlar…

Müdafiə Nazirliyi yalan danışır? – Rusiya faktoru, texniki nasazlıq, quşlar…

Müdafiə Nazirliyi qəzaya uğrayan MİQ 29 təyyarəsinin “qara qutusu”nun oxunduğunu və qəzanın səbəblərinin aydınlaşdırıldığını bildirib. Nazirliyin məlumatında deyilir ki, təyyarə düşməzdən əvvəl yad cisimlə, yəni quş və ya quş dəstəsi ilə toqquşub. Nəticədə pilot xəsarət alıb və təyyarənin idarəetməsini itirib. Bəs Müdafiə Nazirliyi nə dərəcədə düzgün danışır? “Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Sümərinli bildirir ki, yayılıan məlumat həqiqəti əks etdirmir. Keçmiş təhlükəsizlik zabiti İlham İsmayıl hesab edir ki, Müdafiə Nazirliyinin açıqlaması şübhəlidir. O, xarici dövlətlərin hücum cəhdini də istisna saymır. Bununla yanaşı qəza baş verəndən sonra ilk günlərdə hərbi eksperi Üzeyir Cəfərov bildirmişdi ki, qəzada Rusiya faktoru əsas amildir və Rusiya həmin vaxtı sərhədlərimizin yaxınlığında hərbi əməliyyatlar keçirirdi. Eyni zamanda ReAl Partiyasının Xarici Əlaqələr Katibi Erkin Qədirli qeyd edib ki, təyyarənin ruslar tərəfindən vurulduğu gümanını hələ də yetərli saymaq olar. Sitat: Rusiyaya açıq şəkildə qarşı çıxmaq çox çətindir. Nə desinlər? Dövlət rəsmilərinin ritorikası ehtiyatlı olmalıdır. O biri yandan da, hökumətlə cəmiyyət arasında ünsiyyət düzgün qurulmalıdır. Sitatın sonu. Nazirlik həm də yaydığı açıqlamada qeyd edir ki, təyyarə qəzaya uğrama anına qədər döyüş qabiliyyətli və tam saz vəziyyətdə olub. Lakin hərbi ekspert Cəsur Sümərənli bu fakta da inanmır. Vətəndaşların bir çoxu düşünür ki, yayılan məlumat həqiqəti əks etdirmir.

Ana səhifəVideoMüdafiə Nazirliyi yalan danışır? – Rusiya faktoru, texniki nasazlıq, quşlar…