Источник: google

MSK bir sıra seçki məntəqələrinin nəticələrini ləğv edib

Qərar seçkilərin ümumi nəticələrinə təsir göstərməyib

Mərkəzi Seçki Komissiyasının (MSK) fevralın 18-də növbəti iclası keçirilib.

Komissiya 79 saylı İmişli Seçki Dairəsindən namizədlər İlqar Hüseynli, Murad Fərzəliyev və İltizam Əkbərlinin şikayətinə baxıb.

MSK üzvü Bəxşeyiş Əsgərov MSK-ya olan müraciətlərdə çoxlu sayda videogörüntü, protokol, akt təqdim edildiyini bildirib:

“Araşdırma zamanı namizədlər MSK-da olub. Gecə saatlarına qədər biz onlarla araşdırma aparmışıq. Aparılan araşdırma nəticəsində iki məntəqə üzrə seçki qanunvericiliyinin pozulmasını müşahidə etmişik. 14 saylı və 23 saylı məntəqədə keçirilən səsvermənin seçicilərin iradəsini əks etdirmədiyi məlum olub. Seçki məntəqələrində əsas mübahisələndirilən məsələ protokolların namizədlərə verilməməsidir. Murad Fərzəliyev isə 43 seçki məntəqəsinin 37-dən protokolları əldə edə bilib. O, şikayətə əlavə olaraq, 19 və 20 saylı məntəqələrdə də seçkinin nəticələrini araşdırmağı xahiş edib. Ekspert Qrupu sosial şəbəkədə yayılan və veb-kameralardakı görüntüləri də araşdırıb, 14, 16, 21, 23 və 25 saylı məntəqələrdə səsvermənin nəticələri etibarsız hesab edilib”.

Komissiya müzakirələrdən sonra 14, 16, 21, 23, 25 saylı seçki məntəqəsində səsvermənin nəticələrini etibarsız hesab edib və şikayətləri qismən təmin edib.

MSK-nin saytında 79 saylı İmişli Seçki Dairəsindən Razi Nurullayevin qalib olduğu göstərilib.

MSK 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsindən namizədliyi qeydə alınan Fikrət Cəfərli və Vəlican Rəcəbovun müraciətlərinə baxıb.

Komissiya üzvü İlkin Şahbazov araşdırmanın 3 istiqamətdə aparıldığını xatırladaraq bildirib ki, 4, 8 və 9 saylı seçki məntəqələrində pozuntular aşkar edilib və səsvermənin nəticələri etibarsız hesab edilib.

“Məntəqələrdən birində seçki günü işıqlar sönüb. Ancaq videogörüntülərdən aydın olur ki, müşahidəçilər işıqlar sönəndə seçki qutularının yanında durub, heç kimi yaxınlaşmağa qoymayıblar”.

MSK qeyd olunan məntəqələrdə səsvermənin nəticələrini ləğv etməklə şikayəti qismən təmin edib. Ancaq qərar 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsindəki seçkilərin ümumi nəticələrinə təsir etməyib.

Bu dairədə YAP-ın namizədi Afət Həsənova qalib elan olunub.

Mərkəzi Seçki Komissiyası (MSK) 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən Günel Səfərova, Musayev Elşad və digər namizədlərin müraciətlərinə də baxıb.

MSK üzvü Qabil Orucov bildirib ki, müraciətlər eyni seçki məntəqələrini əhatə etdiyindən bir icraatda birləşdirilib:

“Müraciətdə bəzi seçki məntəqələrində seçicilərin sayının az olmasına baxmayaraq, komissiya üzvləri tərəfindən seçici sayının süni şəkildə artırılması, müşahidəçilərə müşahidə aparmağa imkan verilməməsi qeyd olunub. DSK-nın araşdırma materialları da müraciətə əlavə edilib. Araşdırma zamanı müraciətdə təqdim edilən faktlar təsdiqini tapmayıb. Ona görə də təklif edirəm ki, DSK-nın qərarı qüvvədə saxlanılsın”.

O, sosial şəbəkələr vasitəsilə yayılan görüntülərdə 31 və 35 saylı seçki məntəqələrində mübahisələndirilən məsələlər təsdiqini tapdığından bu məntəqələrdə seçkilərin nəticəsinin etibarsız sayılmasını təklif edib.

MSK 31 və 35 saylı seçki məntəqələrində səsvermənin nəticəsini etibarsız hesab edib.

9 saylı Binəqədi İkinci Seçki Dairəsindən Kamaləddin Qafarov qalib elan edilib.

Komissiya müzakirələrin sonunda 108 saylı Ağstafa Seçki Dairəsi üzrə müraciətlərin araşdırılması üçün müvafiq Dairə Seçki Komissiyasına göndərilməsi haqqında qərar verib.

108 saylı Ağstafa Seçki Dairəsi akademik Nizami Cəfərov qalib elan olunub.

Buna günə qədər dörd seçki dairəsində - 33 saylı Xətai Birinci, 35 saylı Xətai Üçüncü, 74 saylı Lənkəran kənd, 80 saylı İmişli-Beyləqan seçki dairələrinin nəticələri tam ləğv edilib. Həmin dairələrdən Hüseynbala Mirələmov, Rauf Arifoğlu, Hadı Rəcəbli və Çingiz Qənizadə qalib elan olunmuşdu.

Azərbaycanda fevralın 9-da növbədənkənar parlament seçkiləri keçirilib.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/7ew54g

Самое читаемое