“Mozalan” efirə qayıdıb

“Mozalan”nın ənənəsinə uyğun olaraq çarxların rejissorları da dəyişəcək.

Source: Specify Source


Jurnalın redaktoru İlqar Fəhmi, yaradıcı heyətin rəhbəri Əlisəttar Quliyevdir

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, buraxılışların aprel və may aylarında yayımlanması nəzərdə tutulub.

Bildirilir ki, ilkin mərhələdə “Mozalan” studiyasında son beş ildə çəkilən və heç bir televiziyada göstərilməyən çarxlar nümayiş olunacaq.

Paralel olaraq, yeni çarxların çəkilişləri də aparılacaq.

İlkin mərhələdə çəkiləcək səkkiz tənqidi videoçarxın ssenari müəllifi və redaktoru İlqar Fəhmi, “Mozalan” studiyası tərəfindən yaradıcı heyətin rəhbəri isə Əlisəttar Quliyevdir.

Çarxlar Mədəniyyət Nazirliyinin və AzTV-nin birgə layihəsi əsasında çəkiləcək.

Çəkilişlərə başqa ssenari müəlliflərinin də cəlb olunması planlaşdırılır.

“Mozalan”nın ənənəsinə uyğun olaraq çarxların rejissorları da dəyişəcək.

“Mozalan”nın ilk buraxılışı aprelin 12-si saat 21:30-da yayımlanıb.

“Mozalan” satirik kinojurnalı 1971-ci ildə “Azərbaycanfilm” kinostudiyasının nəzdində yaradılıb.

Ana səhifəMədəniyyət“Mozalan” efirə qayıdıb