Moskvada Müslüm Maqomayev adına VI beynəlxalq müsabiqə keçiriləcək

Final mərhələsi böyük şou prinsipi əsasında keçiriləcək.

Source: Specify Source

İlkin dinləmə və baxışın yekunlarına əsasən təşkilat komitəsi tərəfindən 15-dək ifaçı seçilərək müsabiqəyə dəvət alacaq

Vokalçıların Müslüm Maqomayev adına VI beynəlxalq müsabiqəsi keçiriləcək.

Müsabiqə oktyabrın 9-10-da Moskvada Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun təşkilatçılığı ilə reallaşacaq.

Müsabiqənin I turu (seçim) “Vegas City Hall”, II turu (final) “Crocus City Hall” səhnəsində təşkil olunacaq.

Bu müsabiqə qabiliyyət, istedad və sənətkarlığını həm klassik, həm də estrada repertuarında göstərmək imkanı olan vokalçıların yaradıcılığına baxışdır. Müsabiqədə təşkilat komitəsinə ərizə, müvafiq sənəd və videomaterial təqdim etmiş 20-35 yaş arasında olan xüsusi musiqi təhsilinə malik ifaçılar, yaxud ali musiqi məktəblərinin və kolleclərinin tələbələri iştirak edə bilərlər. İlkin dinləmə və baxışın yekunlarına əsasən təşkilat komitəsi tərəfindən 15-dək ifaçı seçilərək müsabiqəyə dəvət alacaq.

Münsiflər heyətinə aparıcı opera solistləri, populyar musiqi ulduzları, dirijorlar, musiqili teatrların rejissorları, beynəlxalq prodüser şirkətlərinin nümayəndələri dəvət olunurlar. İki turdan ibarət müsabiqə simfonik orkestrin müşayiəti ilə keçiriləcək. Bütün ifalarda canlı səs və musiqi tələb olunur, hər hansı fonoqram yolverilməzdir.

Final mərhələsi böyük şou prinsipi əsasında keçiriləcək.

Müsabiqənin əsasnaməsinə görə, I, II və III yerlər üçün müvafiq olaraq qızıl, gümüş, bürünc medallar, eləcə də 15 min, 10 min, 5 min ABŞ dolları və laureat adları nəzərdə tutulur.

İştirak arzusunda olanlar mayın 12-dən gec olmayaraq təşkilat komitəsinə müraciət etməlidirlər.

muslum_maqomayev-vokal.jpg
Müsabiqənin I turu (seçim) “Vegas City Hall”, II turu (final) “Crocus City Hall” səhnəsində təşkil olunacaq
Ana səhifəMədəniyyətMoskvada Müslüm Maqomayev adına VI beynəlxalq müsabiqə keçiriləcək