Mingəçevir sakini Bakıda özünü qumbara ilə partladıb (yenilənib)

Həmin şəxs 1982-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Museyb Ələsgərovdur.

Source: Specify Source

18.40.

"Müseyib Ələsgərov idarə etdiyi avtomaşın saxlanılarkən polis əməkdaşlarına tabesizlik göstərərək qaçmağa cəhd göstərib. Həmin vaxt onun üzərində olan qumbara partlamış və o ölüb".


Bu barədə Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyinin



məlumat



ında deyilir.


Bildirilib ki, avtomaşında olan sərnişin, əvvəllər soyğunçuluq cinayətinə görə məhkum olunmuş 1993-cü il təvəllüdlü Elman Qurbanov qaçarkən saxlanılıb:


"Şəxsi axtarış zamanı ondan külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb. Avtomaşına baxış keçirilərkən əlavə silah-sursat aşkarlanıb.".


Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinin başlanıldığı qeyd olunub.

***


Museyib Ələsgərovun axtarışda olduğu deyilir

İyulun 27-də, axşam saatlarında Səbail rayonu ərazisindəki “Maşın bazarı”nın yaxınlığında bir nəfər şəxsin özünü qumbara ilə partlatdığı deyilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Meydan TV-yə faktı təsdiqləyiblər. Həmin şəxs 1982-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Museyib Ələsgərovdur.

Onun axtarışda olduğu deyilir. Hadisə zamanı 3 polis əməkdaşının da xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Ana səhifəSosialMingəçevir sakini Bakıda özünü qumbara ilə partladıb (yenilənib)